Uğursuzluğun tarixi

Dağdakı Nəsihət - Karl Henrix Blox

İnsanlar həmişə öz həyatlarını ağır şəkildə korlayıblar. Lakin uğursuzluğa qarşı münasibətin uzun və füsunkar bir tarixi var ki, bunu bilmək bizə kömək edə bilər.
Afina. E.ə. 429-cu il. Məşhur yazıçı Sofoklın yazdığı “Kral Edip” adlı tragediyanın premyerasıdır. Bu namuslu, bacarıqlı və kifayət qədər qabiliyyətli, lakin buna baxmayaraq öz həyatını faciəvi şəkildə korlayan bir şəxsin hekayəsidir.  Lakin auditoriya zalı tərk edəndə Edipin uduzan olduğunu düşünmür. Bu yunan tragediyasının məqsədi pis hadisələrin yaxşı insanların başına gələ biləcəyi və çox vaxt da elə gəldiyini göstərmək idi. Buna görə də biz uğursuzluq qarşısında rəğbət göstərməli və mərhəmətli olmalıyıq.  Yunanlar bu fikri  illik prestijli festivallarda dəfələrlə təkrar edirdilər. Yunanlar həmçinin Fermopildə vuruşan Sparta ordusunun hekayəsini çox sevirdilər. Bu hekayədə kiçik sayda olan yunan əskərləri sayca üstün olan fars ordusuna qarşı son adamına qədər vuruşur. Spartalılar kəskin şəkildə məğlub olurlar, lakin onların uğursuzlu alicənab hesab edilir. Həm uduzub, həm də yaxşı olmaq mümkündür.
Roma. E. 46-cı ili. Yuli Sezar Romanın düşmanları üzərində növbəti qələbəni qeyd edir. Romalılar uğura pərəstiş edirlər. Onlar inanırlar ki, önəmli olan burda və indi olan uğurdur. Uğur onlar üçün üç şeydən ibarətdir: pul, şan-şöhrət və hərbi əzəmət. Bu isə uğursuzluqla bağlı böyük nigaranlıq yaradır.
Almaniya. E. 9-cu ili. Roma generalı Var indiki Almaniyanın Hannover şəhəri ərazisində yerləşən Tevtoberq meşəsindəki döyüşdə məğlub olduqdan sonra özünü öldürür. O eskadronların hərəkətində böyük strateji səhvlərə yol vermişdi. Onun intiharı gözlənilən bir nəticə idi. Uğursuzluq o qədər alçaldıcı və utandırıcıdır ki, bundan sonra artıq insan yaşamağa davam etməli deyil. Romalılarən cəmiyyətində uğursuzluq rüsvayçılıqla ayrılmaz idi. Böyük şeylər tərs getdikdə sadəcə özünü öldürürsən, başqa cür ola bilməz.
Galiley, İsrail. E. 30-cu ili. Keçmiş dülgər və səyyar vaiz sonradan “dağdakı nəsihət” adlanan lətafətli nitq söyləyir. İsa Peyğəmbər müridlərinə deyir: “Zəiflər mübarəkdir ki, onlar dünyanın varisləridir.” Başqa sözlə desək, uğursuzlar Allahın gözündə uğurlulara nisbətən bir növ daha uğurludur. Çünki onların uğursuzluqları təkəbbürü məhv edir və ilahidən asılılığa dəvət edir. Yüz illər ərzində Xristianlıq uğursuzluğa cazibədarlıq və prestij qazandırır; yoxsulluq, bilinməzlik və zəifliyi zənginlik, şöhrət və gücə üstün tutmaqla Romanın dünyəvi dəyərlərinə meydan oxuyur. Uğursuz olanda intihar etməli deyilsən yox, uğursuz olmaq mübarəkliyin simvoludur.
Şərqi Hindistan, E.ə. 5-ci il. Sonradan “Kamilliyə çatmış Budda” kimi tanınan gənc zəngin hind şahzadəsi Siddharta Qautama insanlar haqqında mühüm nəticəyə gəlir: Bizim hamımız düzgün uyğunlaşmamış xoşbəxt olmayan varlıqlarıq. Dünyəvi uğur, güc, var-dövlət, məhəbbət mənasız ola bilər və bizi heç vaxt məmnun etməyəcək. Biz arzularımızdan üz döndərməyi öyrənməli və daim dövr edən istəklərimizdən qaçmalıyıq. Budistlərin gözündə əsl uğur romalı əskər və ya müasir insanın gözündə tamam uğursuzluğa bərabərdir: meyvə ağacı altında yaşamaq, bir parça paltardan başqa heç nəyə sahib olmamaq və ətrafdakılardan dilənmək.
Paris. 1799-cu il. Napoleon Bonapart sonradan Meritokratiya adlandırılan sistemin əsasını qoyur. Artıq uğur yalnız zay yuxarı təbəqə üzvlərinə getməyəcək. Napoleon imtiyazlılar yox, “istedadlılara açıq olan karyera” sistemini qurmaq istəyir. Fəxri Legion ordeni bütün siniflərdən olanlara əsl-nəcabət yaxud zənginlik əsasında yox, hərbi, elmi yaxud incəsənət sahəsində şücaət əsasında verilir. Birdənbirə uğur daha ədalətli və layiq görünür. Bu bir çox mənada əlverişlidir. Lakin bu həm də uğursuzluğun Xristian idealının dediyi kimi təsadüfi yaxud əxlaqi bitərəf olmaqla bərabər, həm də layiqli kimi xarakterizə olunmasına səbəb olur.
Paris. 1863-cü il. Fransa höküməti ən məşhur rəssamların göstərildiyi və qeyd edildiyi məşhur incəsənət sərgisini maliyyələşdirir. Münsiflər heyətinə başçılığı İncəsənət Akademiyasının rəhbəri Qraf Nyöverkerkenin başçılıq edir və həmin ili mühafizəkarlıq edərək təqdim olunan əsərlərin üçdə ikisini qəbul etmir. Qəbul edilməyən əsərlərə Kurbe, Eduard Mane, Kamil Pisarro və Uistlerin əsərləri də daxil idi. Rədd cavabı almış rəssamlar və onların dostları buna qəzəblənir və etiraz edirlər. İmperator III Napoleon nəhayət yumşalır və bu rəssamlara öz sərgilərini açmağa icazə verir. Getdikcə ictimaiyyət və tənqidçilər görürlər ki, rəsmi olaraq uğurlu olan rəssamlar – Aleksandr Kabanel, Frans Uinterhalter pis rəssamlardır və uğursuz adlandırılanlar isə əsl dahilərdir. Bu hal IX və XX əsr incəsənətində və daha geniş mənada cəmiyyətində tez-tez baş verir. Dahi əvvəlcə axmaq, kor dünyada qəbul edilmir, ən axırda isə qəbul edilir və tanınır. Bu hal Con Kits, Vinsent Van Qoq, Marsel Prust, Cenis Coplin, Stiv Cobs və digərlərinin başına gəlib. Əsl uğur dərhal uğur olmur, bunun üçün uzun müddət gözləmək lazımdır, bəlkə də ölümdən sonraya qədər. Bu təsəlliverici hekayədir və Xristianlıqdakı xilas ideyasını xatırladır.
Nyu-York. 1987-ci il. Mühafizəkar iqtisadi jurnal “Forbes” dünyadakı ən zəngin insanların siyahısını ilk dəfə dərc edir. Ən varlı insan o dövrdə 20 milyard dollarlıq sərvəti olan Yoşiyaki Tutsumi seçilir. Jurnalın tonu bayramedicidir və Amerikan xəyalının tənqidsiz qəbul edilməsini əks etdirir: ən zəngin olan ən yaxşıdır. Lakin iki həftə sonra Oktyabrın 19-da dünya birjası tənəzzülə uğrayır, beləcə hər kəsin iqtisadi sistemin kifayət qədər faydalı və ağıllı olmasına inamını sarsıdır.
Nyu-York, 2011-ci il. Növbəti qlobal iqtisadi böhrandan sonra bir qrup etirazçı Menhettendəki Zukotti Parkında nümayiş keçirir. Onların etirazı dar mənada götürsək Amerikanın iqtisadi qurumlarının korrupsiya və korluğuna qarşıdır. Geniş mənada isə etirazçılar deyirlə ki, %1 adlandırılan elit təbəqə bizim uğur və yaxşı həyat haqqında fikirlərimizi yanlış yönləndirib. Əslində “qəhrəmanlar” adlandırılan ildə 20 milyard dollar qazanan JP Morgan şirkətinin rəhbəri Ceyms Daymon kimi insanlar əslində canilərdir. Yaxşı insan olmaq çox pul qazanmaqla yox, digərlərinə və planetimizə qarşı müdrik və mehriban davranmaqla ölçülür. Etirazçılar fikirlərini bildirmək üçün eynən İsa Peyğəmbərin Dağdakı Nəsihətində olduğu kimi bir neçə ay vaxt tapa bilirlər. İqtisadiyyat getdikcə yaxşılaşır, beləcə hərəkətliliyi iqtisadi uğura bərabər tutan Amerikan xəyalı yenidən üstünlük əldə edir.
Çoxumuz həyatımız hərhansı sahəsində dəhşətli uğursuzluqlar yaşayacağıq. Halhazırda dünya uğura yönəlmiş dünyadır və uğuru təyin etmək üçün çox dar çərçivələrdən, adətən isə iqtisadi çərçivədən baxırıq. Hər kəsin bir şansı olması üçün fürsətlər haqqında sonsuz söhbətlər edirik və bunun üçün yaxşı mənada səy göstəririk. Lakin uğursuzluğa düçar olduqda nə olacağına gəldikdə isə sükut hökm sürür.

Kurt Vonnequt - Olmaq ya da Olmamaq (2BR02B) - hekayə


Hər şey əla gedirdi.
Həbsxanalar, gecəqondular, ruhi xəstəxanalar, əlillik, yoxsulluq, müharibə artıq yox idi.
Bütün xəstəliklər ram edilmişdi. Qocalıq da həmçinin.
Qəzaları saymasaq ölüm ancaq könüllülər üçün macəradan ibarət idi.
Amerika Birləşmiş Ştatlarının əhalisi qırx milyon nəfər olaraq sabitləşdirilmişdi.
Günəşli bir gün səhər çağı Edvard Uelinq adlı şəxs Şikaqo Doğum Evində həyat yoldaşının dünyaya uşaq gətirməsini gözləyirdi. O gözləyən yeganə adam idi. Artıq gün ərzində çox az uşaq anadan olurdu.
Uelinqin əlli altı yaşı var idi. Yaş ortalaması yüz iyirmi doqquz olan əhali arasında o hələ yeniyətmə sayılırdı.
Rentgen müayinəsi onun həyat yoldaşının üç uşaq - üçüz dünyaya gətirəcəyini aydınlaşdırmışdı. Bu onun ilk uşaqları idi.
Gənc Uelinq başını əllərinin arasına alıb donqarını çıxararaq oturmuşdu. O o qədər büzüşmüş, hərəkətsiz və solğun idi ki demək olar ki görünməz idi. Onun maskalanması mükəmməl idi. Çünki otaqda da dağınıq və əxlaqi cəhətdən pozğun atmosfer var idi. Stullar və külqabılar divardan uzaqlaşdırılmışdı. Döşəmə çirklənməyə qarşı parça ilə örtülmüşdü.
Otaq redekorasiya olunurdu. Redekorasiya könüllü olaraq ölməyə razı olan bir kişinin xatirəsinə həsr olunurdu.
Təxminən iki yüz yaşlı, kinayəli bir adam ayaqlı nərdivanda oturub özünün də xoşuna gəlməyən divar rəsmini çəkirdi. İnsanlar görünən formada yaşlandığı vaxtlarda ona hardasa otuz beş yaş vermək olardı. Qocalmağa çarə tapılmazdan əvvəl yaşlanmaq ona bu qədər təsir etməyə imkan tapmışdı.
Üstündə işlədiyi divar rəsmində çox səliqəli bir bağ təsvir olunmuşdu. Ağ paltarlı kişilər və qadınlar, həkimlər və tibb bacıları torpağı belləyir, toxum səpir, ziyanvericilərə qarşı dərmanlayır və gübrə verirdilər.
Bənövşəyi forma geymiş kişilər və qadınlar alaq otlarını təmizləyir, qoca və xəstə bitkiləri kəsir, xəzəlləri dırmıqlayır və zibilləri atırdılar.
Heç vaxt, heç vaxt və heç vaxt - hətta orta əsrlər Hollandiyası və qədim Yaponiyada belə - belə qanuni və yaxşı baxılmış bağça olmamışdı. Bütün bitkilər özünə lazım olan torpaq, işıq, su, hava və gida maddələrini lazımınca ala bilirdilər.
Koridorda bir təmizlik işçisi məşhur mahnını dodağının altında oxuya-oxuya gəlirdi:
Əgər mənim öpüşlərim xoşuna gəlmirsə əzizim
Bilirsən ne edəcəyəm?
Bənövşəyi formalı bir qız görəcəyəm,
Bu dünyaya əlvida deyəcəyəm.
Əgər mənim sevgim xoşuna gəlmirsə
Niyə mən bu qədər yer tutmalıyam?
Bu köhnə planetdən çıxıb gedərəm
Qoy şirin bir uşaq tutsun yerimi.

Təmizlik işçisi divar rəsminə və onun rəssamına baxıb:
- Lap həqiqi görünür. Asanlıqla bağın ortasında olduğumu təsəvvür eləyə bilirəm.
- Hardan bilirsən ki elə ordaca deyilsən? - rəssam kinayəli bir təbəssümlə dedi, - Bilirsən, bu rəsm "Xoşbəxt Həyat Bağı" adlanır.
- Bu Doktor Hitzin alicənablığıdır.
-------------------------------------------------------------------------------------

O ağ paltarlı kişi obrazlarından biri haqqında danışırdı - onun başı doğum evinin baş həkimi Doktor Bencamin Hitzin portretindən ibarət idi. O gözqamaşdırıcı dərəcədə yaraşıqlı adam idi.
- Hələ də doldurulası çox üz var, - o rəsimdəki bir çox fiqurların üzünün boş olmasını nəzərdə tuturdu. Bütün boş yerlər doğum evinin yaxud Federal Məhvetmə Bürosunun Çikaqo ofisinin şəxsi heyətindəki mühüm insanların portretləri ilə doldurulmalı idi.
- Bir şeyə oxşayan rəsmlərin müəllifi olmaq yəqin ki sizin üçün xoşdur, - deyə təmizlik işçisi dedi.
Rəssamın üzü nifrətdən büzüşdü:
- Səncə mən bu cızmaqara ilə fəxr edirəm? Səncə mənim gözümdə həyat belədir?
- Bəs necədir?
O yerdəki korlanmış örtüklərə işarə edib:
- Bu məsələn yaxşı nümunədir. Bunu çərçivələtsən ən azından daha dürüst mənzərə əldə etmiş olarsan.
- Sən qaraqabaq bir qocasan deyəsən, elə deyil?
- Burda pis nə var?
Təmizlik işçisi çiynini çəkdi:
- Əgər buranı xoşlamırsansa, ağsaqqal, - dedi və sözünü artıq yaşamaq istəməyənlərin zəng etdiyi telefon nömrəsi ilə bitirdi. Nömrədəki sıfırları o "heç" deyə tələffüz etdi.
Nömrə belə idi: "2 B R 0 2 B"
Bu nömrə qəribə ləqəbləri olan bir müəssisənin nömrəsi idi. Məsələn - "Avtomat", "Quş ferması", "Konserv zavodu", "Pişik qutusu", "Bit təmizləyən", "Qısa yol", "Əlvida, ana", "Xoşbəxt xuliqan", ''Tez-öp-məni", "Bəxtiyar Pyer", "Filfilo", "Uorinqin blenderi", "Artıq-ağlama", "Niyə narahat olursan?" və s.
"Olmaq ya olmamaq" isə Federal Məhvetmə Bürosu nəzdindəki zəhərli qaz kameralarının nömrəsi idi.
-------------------------------------------------------------------
Rəssam təmizlik işçisinə acıq verərək:
- Mən getməyə qərar verəndə, bilirəm ki bu "Filfilo"da olmayacaq.
- İşini özün görməyi sevirsən, hə? Çirkli işdir. Niyə sizin arxanızdan təmizlik edəcək insanları heç nəzərə almırsınız?
Rəssam nalayiqcəsinə özündən sonrakıların müsibətlərinə qarşı laqeydliyini bildirdi:
- Məndən olsa, cahana hələ çox çirk lazımdır.
Təmizlik işçisi gülüb yoluna davam etdi.
Gözləyən ata - Uelinq başını qaldırmadan nə isə mırıldandı. Sonra o yenidən susdu.
Dik dabanlı ayaqqabı geymiş kobud, zəhmli bir qadın içəri daxil oldu. Onun ayaqqabıları, corabları, paltosu, çantası və papağı rəssamın "qiyamət günündəki üzümlərin rəngi" adlandırdığı bənövşəyi rəngdə idi.
Bənövşəyi çantasının üzərindəki medalyon Federal Məhvetmə Bürosununun emblemi - turniket üzərində qartal təsvirindən ibarət idi.
Qadının üzü həddindən artıq tüklü idi, hətta onun açıq-aydın görünən bir bığı var idi. Maraqlıdır ki qaz kamerası stüardessaları işə götürüləndə nə qədər ecazkar və zərif olsalar da 5 il ərzində onların bığı çıxırdı.
- Düz gəlmişəm? - qadın rəssamdan soruşdu.
- O sizin işinizdən asılıdır. Uşağınız olacaq deyə gəlmisiniz, yoxsa?
- Mənə deyiblər ki mən rəsm üçün poza verməliyəm. Adım Liora Dankendır. Bu arada bu həqiqətən də gözəl rəsmdir. Eləbil cənnətə bənzəyir.
- Eləbil, - dedi rəssam və cibindən bir siyahı çıxartdı. Siyahını nəzərdən keçirərək, - Danken, Danken, Danken... Aha! Burdasınız. Siz ölümsüzləşdiriləcəksiniz. Burda üzünüzü qoymağımı istədiyiniz fiqur var? Hələ bir neçə seçimimiz qalıb.
O divar rəsmini gözucu nəzərdən keçirdi:
- Boy, bunların hamısı eyni görünür ki. Əslinə qalsa mənim incəsənətdən heç başım çıxmır.
- Fiqur elə fiqurdur, hə? Onda  təsviri incəsənət ustadı kimi mən sizə bu fiquru məsləhət görərdim, - deyərək o zibil yandırıcılarına xəzəl daşıyan qadının üzsüz fiqurunu göstərdi.
- Belə baxanda bu daha çox zibil daşıyan insandır. Mən xidmət sahəsindəyəm. Zibil işinə baxmıram axı.
Rəssam istehzalı zövqlə əllərini bir-birinə vurdu:
- Əvvəlcə deyirsiniz ki incəsənətdən başınız çıxmır. Sonra isə ağzınızı açmağınızla sübut etməyiniz bir oldu ki siz incəsənət haqqında məndən də çox bilirsiniz. Təbii ki, zibil-daşıyan stüardessa üçün düzgün olmaz. Kəsici, budayıcı - bax bu sizlikdir, - O mişarla ağacın qurumuş budağını kəsən bənövşəyi paltarlı xanımı işarə edib dedi, - Bəs o necə? Xoşunuza gəlir?
- Oy, - o qızardı və itaətkarlaşdı, - Onda mən düz Doktor Hitzin yanına düşürəm ki.
- Bu sizin xoşunuza gəlmir?
- Aman Allah, yox. Bu sadəcə mənim üçün böyük şərəfdir.
- Deməli ona heyransınız, hə?
- Kim ona heyran deyil ki? - o Doktor Hitzin portretinə heyranlıqla baxaraq dedi. Bu günəşdə qaralmış dərisi olan, ağ saçlı, qadir Zevsin portreti idi, - Kim ona heyran olmur ki? O Çikaqoda ilk qaz kamerasını təsis etmişdi.
- Sizi onunla həmişəlik yan-yana qoymaqdan məni çox məmnun olaram. Deməli budağı kəsən yerdə, hə? Bu sizi qane edir?
- Elə mənim gördüyüm iş də budur, - o öz işi haqqında çox ağır davranırdı. Onun işi insanları öldürərkən onların rahatlığını təmin etmək idi.
------------------------------------------------------------------------------
Liora Danken portret üçün poza verərkən gözləmə otağına şəxsən Doktor Hitz daxil oldu. Onun boyu 210 santimetr idi, o vaciblik, müvəffəqiyyət və həyat eşqi ilə dolub daşırdı.
- Xanım Danken, xanım Danken, - dedi və zarafat elədi, - Siz burda nə gəzirsiniz? Bu insanların dünyanı tərk etdiyi yer deyil, dünyaya gəldiyi yerdir!
- Biz sizinlə eyni şəkildə bir yerdə olacağıq, - Liora utanaraq dedi.
- Nə yaxşı! - dedi doktor ürəkdən, - Əla şəkildir, elə deyil?
- Mən sizinlə bir yerdə olmağımla fəxr edirəm.
- İcazə verin mən də deyim ki, mən də sizinlə yanyana olmağımla fəxr edirəm. Sizin kimi qadınlar olmasa bu gözəl dünya mümkün olmazdı.
O Liora ilə sağollaşaraq doğum otağına aparan qapıya yaxınlaşdı:
- Tapın görək indicə nə dünyaya gəlib.
- Bilmirəm.
- Üçüz!
- Üçüz!
Lioranın həyəcanı üçüzlərin hüquqi məsələləri haqqında idi.
Qanuna görə heç bir yeni doğulmuş uşaq onun valideyləri tərəfindən ölmək üçün könüllülər tapılmayınca yaşaya bilməzdi. Üçüzlərdən hər birinin yaşamasından ötrü 3 könüllü lazım idi.
- Valideynlər 3 könüllü tapıblar? - Liora Danken soruşdu.
- Mən bildiyimə görə, bir nəfər tapıblar, digər ikisini isə axtarırlar.
- Məncə onlarda alınmayıb. Bu gün heç kim 3 görüş təyin etməyib. Bu gün ancaq subaylar olub. Mən çıxandan sonra zəng ediblərsə onu dəyə bilmərəm. Adı nədir?
- Uelinq, - gözləri qızarmış, yorğun Uelinq oturmuş halda dedi, - Xoşbəxt ata namizədinin adı Edvard K. Uelinqdir, - O sağ əlini qaldırdı, divarda naməlum bir nöqtəyə gözünü zilləyib boğuq səslə bədbəxtcəsinə hırıldadı, -Burda! - dedi.
- Oy, Mister Uelinq. Mən sizi görməmişdim.
- Görünməz adam, - dedi Uelinq.
- Bu dəqiqə mənə zəng vurub bildirdilər ki sizin üçüz uşağınız dünyaya gəlib. Uşaqların vəziyyəti yaxşıdır, ananın da həmçinin. İndi onları gedib görəcəyəm.
- Ura! - Uelinq hissiyatsızca dedi.
- Xoşbəxt olana oxşamırsınız, - doktor Hitz dedi.
- Kim mənim yerimdə olsa özünü xoşbəxt saymaz? - Əlləri ilə qayğısız sadəlik mənasında jest etdi, - İndi sadəcə üçüzlərdən hansının yaşayacağını seçib ana nənəmi Xoşbəxt Xuliqana göndərmək və qəbzi götürüb bura gəlmək qalır.
------------------------------------------------------------------------------------------
Doktor Hitz əl çəkmədi, Uelinqin başının üstünü kəsdirib:
- Əhali artımının idarə olunmasını bəyənmirsiniz?
- Məncə kifayət qədər yerində qərardır, - Uelinq gərgin halda dedi.
- Siz dünyanın əhalisinin 20 milyard olduğu, nə vaxtsa 40, 80 və 160 milyard olacağı keçmiş günlərə geri qayıtmaq istəyirsiniz? Gilə nə deməkdir bilirsiniz Mister Uelinq? - Hitz dedi.
- Yox, - Uelinq qaşqabaqlı halda dedi.
- Gilə, mister Uelinq, böyürtkənin üzərindəki kiçik lətli dənələrə deyilir. Artımın idarə edilməsi olmasaydı biz insanlar bu köhnə planetin səthində gilələr kimi düzülərdik! Düşünün!
Uelinq divardakı həmin nöqtəyə baxmağa davam etdi.
- 2000-ci ildə, - doktor Hitz dedi, - alimlər qanunu qoymamışdan əvvəl yaşamaq üçün kifayət qədər su qalmamışdı, insanlar dəniz yosunu yeyirdi, amma hələ də göbələk kimi artıb çoxalmaq hüquqlarını tələb edirdilər. Əgər mümkünsə sonsuz yaşamaq hüquqlarını da həmçinin.
- Mən o uşaqları istəyirəm, - Uelinq dedi, - onların üçünü də.
- Əlbəttə istəyirsiniz. Bu çox insani davranışdır.
- Amma babamın ölməyini də istəmirəm.
- Heç kim öz yaxınlarını Pişik Qutusuna göndırməyi xoşlamır, - doktor canıyanan halda dedi.
- Kaş insanlar onu belə adlandırmayaydılar, - Liora Danken dedi.
- Nə? - doktor Hitz dedi.
- Gərək insanlar onu "Pişik Qutusu" adlandırmasınlar, - Liora dedi, - Bu insanlarda səhv təəssürat yaradır.
- Tamamilə haqlısınız. Bağışlayın, - doktor Hitz dedi və səhvini düzəltdi. Qaz kameralarının rəsmi adını çəkdi, - Mən "Etik İntihar Studiyaları" deməli idim.
- Belə daha yaxşı səslənir, - Liora Danken dedi.
- Sizin yaşayacaq uşağınız, - doktor dedi, - artımın idarə edilməsi sayəsində xoşbəxt, təmiz, geniş və zəngin planetdə yaşayacaq. Ordakı divar rəsmindəki kimi bir bağçada, - o başını yellədi, - 200 il əvvəl, mən cavan olanda dünya cəhənnəm idi, heç kim fikirləşmirdi ki bu 20 ildən artıq çəkə bilər. İndi isə bizi əslər boyu təxəyyülümüz yetən qədər sülh və bolluq gözləyir.
O nurlu şəkildə gülümsədi.
Uelinqin cibindən tapanca çıxartdığını görəndə onun üzündəki gülümsəmə yavaşca yoxa çıxdı.
Uelinq doktor Hitzi başından vurdu, - Bir nəfər üçün yer var, böyük bir nəfər üçün, o dedi.
Sonra o Liora Dankeni vurdu, o yerə düşərkən Lioraya dedi: "Bu sadəcə ölümdür. Aha, ikinciyə də yer açıldı"
Sonra isə o özünü vurdu. Beləcə uşaqlarının üçünə də yer açdı.
Heç kəs qaçıb gəlmədi. Görünür, heç kəs silah səsini eşitməmişdi.
Rəssam ayaqlı nərdivanda oturub düşüncəli halda bu bədbəxt mənzərəni izləyirdi.
-------------------------------------------------------------------------
Rəssam anadan olmağı tələb edən həyatın acınacaqlı tapmacası haqqında düşünməyə başladı. Anadan olduqdan sonra çiçəklənmək - çoxalmaq və mümkün qədər uzun yaşamaq istəyən, amma bunların hamısını kiçik bir planetdə eləməyə çalışan həyat haqqında.
Onun tapdığı cavablar hamısı əzazil idi. Əlbəttə ki Pişik qutusu, Xoşbəxt xuliqan və Qısa yoldan daha əzazil. O müharibə haqqında düşündü, o yoluxucu xəstəliklər və aclıq haqqında düşündü.
Başa düşdü ki bir də heç vaxt rəsm çəkməyəcək. Fırçası əlindən sürüşüb yerə düşdü. Sonra isə Xoşbəxt Həyat Bağçasında kifayət qədər ömür sürdüyünə qərar verdi. Yavaşca pilləkənlərlə aşağı endi.
Həqiqətən özünü öldürmək fikri ilə Uelinqin silahını götürdü.
Amma buna cəsarəti çatmadığını gördü.
Birdən otağın ortasındakı telefon kabinəsinə gözü sataşdı. O telefon kabinəsi daxil oldu, yaxşı xatırladığı nömrəni yığdı - 2 B R 0 2 B.
- Feredal Məhvetmə Bürosu, - telefondakı qız səmimi şəkildə dedi.
- Ən tez nə vaxt görüş təyin edə bilərik? - deyə o ehmallıca soruşdu.
- Biz yəqin ki sizi bu gün günortadan sonraya təyin bilərik. Əgər ləğv etmək istəyənlər olsa daha tez də ola bilər.
- Oldu. Xahiş edirəm adımı yazın, - dedi rəssam və öz adının necə yazıldığını başa saldı.
- Çox sağ olun cənab. Şəhəriniz sizə minnətdarlığını bildirir, planetiniz sizə minnətdarlığını bildirir. Ən əsası isə gələcək nəsillər sizə minnətdarlığını bildirir!

Yazıçı: Kurt Vonnequt
Hekayə: 2BR02B
İngilis dilindən tərcümə edən: Fərhad Haqverdiyev

Da Vinçinin Şeytanları II sezon


Hal-hazırda "Da Vinçinin Şeytanları" adlı serial Azərbaycanda fəaliyyət göstərən CBC kanalında rus dilində yayımlanır. Bu gün etibarilə artıq serialın 2-ci sezonu nümayiş olunur.

1-ci sezon Da Vinçi-yə himayədarlıq edən Florensiya hakimi Lorenzo Mediçinin hakimiyyətdən endirilməsi ilə başa çatır. Tarixdə həmin hadisələrdən sonra Da Vinçi köçkün həyatı yaşayır, nəticədə bir neçə il sonra Fransada sarayda yaşayıb yaratmağa başlayır. Serialın 2-ci sezonu isə bu dövrləri təsvir etməkdənsə Da Vinci-ni Yeni Dünyaya göndərir. Şəxsən Da Vinçinin yaşadığı mühit və tarixi şəraitlə maraqlanan bir adam olaraq mənim üçün Da Vinçini  vəhşi qəbilələrin əlində əsir kimi görmək maraqlı deyil. Üstəlik də burada Da Vinci özünü reallaşdıra bilmir. Bizim tanıdığımız - hər vəziyyətdən əqli ilə çıxış yolu tapan Da Vinçini biz burada çox az görə bilirik.

Süjet isə əvvəlki sezondan fərqli olaraq mistika elementlərinə daha çox üstünlük verir. Sanki süjet tamamilə Da Vinçinin bu torpaqlarda anadan olarkən itirdiyi anasının izini tapması üzərində qurulub, amma finala qədər biz heç bir əhəmiyyətli sirri aşkarlaya bilmirik. Bir sözlə hadisələr kifayət qədər maraq doğuracaq dərəcədə işlənməyib. Bizdə heç tanımadığımız bu adamların burada nə iş gördükləri ilə bağlı maraq da yaranmır. Mənim fikrimcə bu sezon sadəcə birinci sezonun uğurundan fayda götürmək üçün atılmış bir addımdır. Ayrılıqda ikinci sezonu yaxşı iş kimi qəbul etmək olmaz.

Son zamanlarda "Game of Thrones", "Spartacus", "Breaking Bad" kimi uğur qazanmış bir çox serialların bir neçə sezon çəkildiyini müşahidə edirik. Amma bu serialların 2-ci, 3-cü, 4-cü və s. sezonları heç də həmişə uğurlu alınmır. Əslində heç birimiz sevdiyimiz qəhrəmanlardan ayrılmaq istəmirik.  Ona görə də ürəyimizdən bu qəhrəmanların ömrünü uzatmaq arzusu keçir. Amma hər çəkilən yeni sezon da yaxşı səviyyədə ola bilmir. Hətta "Breaking Bad"in sonlarına yaxın hadisələrin çox uzandığını düşünməyə başlayırıq. Bunun bir çox səbəbləri var. Ən sadəsi ona görə ki ideya qıtlığı yaranır yazıçılarda. Bundan əlavə real iş şəraitindən asılı olaraq rejissorlar, ssenaristlər, işçi heyət, hətta aktyorlar yenisi ilə əvəz oluna bilir. Ancaq bu səbəblər film istehsalçılarının tamaşaçıların qəlbinə yol tapa bilmədikləri faktını dəyişdirə bilmir.

Gəlin sadəcə ümid eləyək ki "Da Vinçinin Şeytanları"nın 3-cü sezonu çəkilməyəcək.
       

Resolution[2012]


       Lamb of God bu aralar festival və turlarla məşğul olmasına baxmayaraq, bu ilin Yanvar ayının 24-ü yeni bir albom buraxıbmış. Albomdan ümidli olmasam da, bu qədər yaxın tarixdə çıxmış olması məni həyəcanlandırmadı desəm yalan olar. Tez, soyumamış bir nəzər yetirmək istədim.



     1. Açılışı kifayət qədər ağır "Straight for the sun" adlı sludge ilə edən Lamb of God diqqətimizi cəlb etməyi bacarır. Trekin axırında zərb alətlərilə ritm sessiyası gəlir ki, burda ikinci trekin yeri qoyulur.

     2. Gitarın səsini sönməyə qoymayan ikinci trek - "Desolution" yüksək temposu və enerjisi ilə qrupun 3-cü albomu  "Ashes of the wake"-i xatırladır. Trekin sonuna doğru qrupun ilk dəfə yoxladığı "gang vocal" maraqlı alınıb.

     3-cü trek "Ghost Walking" isə 4-cü albomdan  "Redneck" stili mahnıya nümunədir. Yenə yüksək tempolu bu trekin əvvəlində qısa bir bas solo görürük. Trekin gitar solosu həmçinin qeyri-adi və gözəldir.

     4-cü trek isə bizi darıxdırmır, temponu yüksək saxlayır.

     5. Onun ardınca gələn "The undertow"-un melodiyaları isə açıq-aydın daha melodik olan 2-ci albom, "As the palaces burn"-ü xatırladır. Yenə də fərqli elementlər və həmçinin  gözəl bir solo bəzənib bu trek.

     6-cı trek "The number six"-un da açılış melodiyası 2-ci albomu xatırladır" deyə fikirləşirik ki, bir möcüzə başverir və Randy-nin ağzından "clean vocal" eşidirik. Yenə həmçinin "gang vocal"-ın da qoşulduğu bu trek fərqli strukturu ilə yadda qalır.

     7. Və 1 dəqiqə 36 saniyəlik akustik gözəllik - instrumental "Barbarossa" eşidilir.

     8. Bu albomda ən çox bəyəndiyim quruluşlu trek, "Ashes of the wake" stili, amma yeni bir ideya - "Invictus".

     9. "Cheated" - yenə yeni bir ideya, bax budur Lamb of God.

     10. "Insurrection" - melodik bir başlanğıc və Randy-dən birincidən fərqli bir tərzdə clean vocal. Yarıdan sonra bir az sərtləşən hissəni saymasaq trek melodikliyi saxlayır və açılış melodiyası bir neçə dəfə təkrarlanır. İnanılmaz bir soloya sahibdir.

     11. Əla melodik bir girişlə başlayan "Terminally Unique" son iki albom tərzi, sərt kimi görünür amma sönük qalır, sərtliyini kifayət qədər vurğulaya bilmir.

     12. Çox gözəl bir "funk" bir melodiya ilə başlayan "To the end" yenə sürətli, sərt və vəhşidir, solo dərin, vokallar isə uğursuzdur.

     13. Fərqli vokal və yeni melodiya ideyaları ilə sürəti də əldən verməyən "Visitation" bir neçə dəfə dinlədikdən sonra daha da bəyənilən mahnılardandır.

     14. Sakit melodiya üstünə Randy-nin şeir deməsi, simfonik metal elementləri və standart Lamb of God sərt musiqisi arasında keçidlərdən ibarətdən ibarət olan "King me" tam fərqli bir təcrübə yaşadır.


     Ümumiyyətlə albom əsasən köhnə albomların stilinin təkrarı və dəxlisiz yeniliklərdən ibarətdir. Qrup ancaq aradakı bir neçə treklə bizə Lamb of God-lığını göstərə bilir. Ancaq yenə də məncə son iki albomun, belə demək olarsa, "sönük"lüyünü o qədər də daşımır. Keçmiş albomların yaxşı cəhətlərini özündə birləşdirir.
  

Sosial məsuliyyət və mən


     
     Əgər fikir vermisinizsə insanlar adətən sosial və ya hərhansı bir məsuliyyətdən danışan insanlara qulaq asmamağa meyllidirlər. Çünki bunu edənlərin hamısı, "gəlin filan şeyi edək", ya da "filan şeyi etmək borcumuzdur, etməliyik" deyə məsələyə yanaşırlar. Amma sosial məsuliyyətdən danışmağın tək yolu bu olmadığı kimi, bu yolun effektiv yol olduğunu düşünənlər də yanılırlar.


     Çünki məsuliyyət ancaq fərdin öz iradəsi ilə başa düşülüb yerinə yetirildiyi zaman məsuliyyət olur. Sadə bir misal, məsələn mən məktəbdə dərslərimi kifayət qədər oxumuramsa və valideynimin məcburetməsi nəticəsində oxumağa başlayıramsa bu məni dərslərimə qarşı məsuliyyətli etmir. Məsuliyyət ancaq öz iradəmizlə uzlaşırsa məsuliyyət ola bilər.

     Dolayısı ilə, bu yazını oxuyanların sosial məsuliyyətli olub-olmamasının bu yazını və yə başqa yazıları oxumaqlarına dəxli yoxdur. Bu yazını oxuyandan sonra, heç kim, "həəə, mənim məsuliyyətlərim var imiş, gərək sabahdan başlayım onu yerinə yetirməyə" deməz. Bu yazını oxuyandan sonra, reaksiya "həə" deyib səhifəni bağlamaq ola bilər. Bu yazını oxuyandan sonra "məsuliyyətli olmağa qərar vermək" nə qədər məntiqsizdirsə, hərhansı dini kitabı oxuyandan sonra və dövlətin TV-də təbliğatını eşidəndən sonra bu nəticəyə gəlmək də o qədər məntiqsizdir.

     Şəxsən mənim valideynlərim deyir ki, "Övladına baxmaq valideynin borcudur". Mən də, "- Deməli kimsə sizə bunu deməsəydi, övladlarınızı çölə tullayacaqdınız?" deyə cavab verirəm. Əlbəttə yox. Deməli şeylərə qarşı məsuliyyət hərhansı başqa bir mənbədən yox, şeylərin özünə qarşı olan münasibətimizdən gəlir.

     Bəs "sosial"?

     "Sosial" və ya "toplumsal" məsuliyyət isə digər fərdlərlə əlaqəli olan məsuliyyətimizdir. Yəni bizim hərəkət və düşüncələrimizin topluma necə təsir edəcəyinin fərqində olmaq və buna görə hərəkət etməkdir sosial məsuliyyət.

     Əxlaq və məsuliyyət

     Əxlaqla məsuliyyət əslində sıx bağlıdır, amma ayrı-ayrı şeylərdir. Məsələn mən küçəyə zibil tullayıramsa burdan o nəticəyə gəlmək olmaz ki, mən sosial olaraq məsuliyyətsiz davranıram. Əgər mən küçəyə zibil tullamaqla küçəni zibillədiyimi və səliqəsiz, naxoş görüntü yaratdığımın fərqindəyəmsə və bunu öz iradəmlə edirəmsə, onda bunu məsuliyyətsiz hərəkət adlandırmaq olmaz. Bunun əxlaqlı və ya əxlaqsız olmasından olmasından danışmaq olar, amma məsuliyyətsiz olduğunu demək düzgün deyil.
    

Etiraflarım (Haqverdi etiraf eləməz!)

 
         Bu dalğanın mənə gəlib çatması maraqlıdır. Artıq özümü önəmli bir bloqqer hesab edə bilərəm :D

        Ən əsas onu etiraf edim ki, bu bloqda yazdığım müddətdə çox fərqli psixologiyalarda və fərqli inanış və maraqlarda olmuşam. Bu gün "vəhşi" günlərimdən biridir.
       
        Diqqqət: Aşağıdakı yazının hamısı Haqverdi-yə aiddir: 

        Mənə Cyclothymia diaqnozu qoyulmuşdu bir ara. Manik depresivəm ay kişi. Ehtiyatlı olun :D

        Nifrət etməyin zəiflik olduğunu düşünürəm, özümü nifrət edərkən tutsam baş qoşmuram, keçib gedir.

        Qısqanclıq və dinə inanmaq da eləcə.

        İdola sahib olmaq da zəiflikdir.

        Heç zaman intihar etməyəcək bir insanam.

        Məni bloqa həvəsləndirən bloqqerlərin 90%-i türk blogspot-unda yazan qadın bloqqerlər olub. Bəzən məna verməyə çalışıram, alınmır :D

        Həyatım boyu bir neçə dəfə içki və siqareti yoxlamışam. Bəlkə nə isə bir xeyir gələr deyə sevməyə çalışmışam, olmayıb :D İnternet, kofe və metal daha yaxşı təsir edir.

        Həmişə adətən hadisələrə məna verməkdə çətinlik çəkmişəm. Məsələn babam rəhmətə gedəndə, bacım ağlamışdı, mən isə mal kimi baxırdım. Universitetə girdim, yenə anlaya bilmirdim.

        Black metalı adətən sevməmişəm, yüngüldür. Blast beat-dən iyrənirəm.

        Gitarada hələ heç nə öyrənə bilməmişəm. Öz musiqimi yaratmaq istəyirəm, yarıda qalıram, alındıra bilmirəm.



        Mən topu bizim pornoqrafik Poladzadə-yə atmaq fikrindəydim amma görünmür bu aralar...

    

Psixoanalizdə müdafiə mexanizmləri


Müdafiə Mexanizmləri

İnsan böyüdükcə onun qarşısına müəyyən çətinliklər çıxır ki orqanizm hər zaman bu çətinliklərə qarşı özünü müdafiəyəyə ehtiyac duyur. Eqo bu orqanizmin məhv olmaması üçün bu müdafiə mexanizmlərini yaradır.  Bu mexanizm insanın inkişafında böyük rolu vardır. Aşağıda ən çox istifadə olunana müdafiə mexanizmlərinə baxaq:

Sıxma (Repression) – Müəyyən istəklər var ki id tərəfindən eqoya təlkin olunur və realizə olunmasını gözləyir. Amma bu istəklər supereqo tərəfindən tamailə rədd olunur və realizəsinin qarşısı alınır. Belə olan təqdirdə bu istək və arzular sıxışdırılaraq beyin altına atılır. Sorakı mərhələlərdə isə bu yenidən ön beyinə qalxıbyenidən realizə olunmaq istəyə bilər.

İnkar (Denial) – supereqo tərəfindən bəzi istək və arzular beyinaltına atılmaqla yanaşı onun var olduğu inkar edilir. Keçmişdə yaşanan çox supereqo tərəfindən çox utancverici hal kimi dəyərləndirilən hadisə şüuraltına atılmaqla yanaşı belə bir hadisənin olduğu inkar edilir və unudulur.

Əks etdirmə (Projection) – hər hansı bir halın özündə deyildə ətrafdan gəldiyini zənn etməkdir. Eqo belə etməklə öz üzərindən “günah” hissini sanki atmış olur və rahatlayır.

Kompensasiya (Compensation) – hər hansı bir qüsura görə orqanizm həddindən çox çalışır və bunu bərpa etmək və ya bunu başqasıyla kompensasiya etmək istəyir. Əsasən fiziki qüsuru olan şəxslərin hər hansı bir sahədə inanılmaz bir qələbə çalması və ya müvəffəqiyyətli olması kimi halları buna misal görsətmək olar.

Ucaltmaq (Sublimation) – supereqo tərəfindən qəbul olmayan müəyyən arzu və istəklər müəyyən bir vaxtdan sonra formasını dəyişdirərək qabul olna bilən bir şəkilə çevrilir. Uşaqlıqdan qırmaq və dağıtmaq meyilli bir uşaq artıq böyüdükdən sonra bomba mütəxəssisi olaraq bu istəyini həyata keçirə bilir və supereqo və cəmiyyət tərəfindən də qəbul olunur.

Yer dəyişdirmə (Displacement) – supereqo tərəfindən qəbul olunmayan hər hansı bir hiss sadəcə istiqamətini dəyişdirərək realizə oluna bilir. Məsələn müdirə hirslənib heyfini evdəkilərdən çıxmaq.

Qarşıçıxmaq (Reaction) – qəbul olunmayan hisslərə qarşı insan özündə müəyyən davranışlar yaradır ki bu davranışlar tamailə o istəklərə zidd olur və həmin istəkləri sıxışdırır. Məsələn həddindən artıq qəzəbli olan birisi buna qarşı çox nəzakətli davranaraq bunun qarşısını ala bilər.

Düzəltmə (Undoing) – cəmiyyət tərəfindən qəbul olunmayan hər hansı bir hərəkətin düzədilməsidir. Bura dua edərək bağışlanmasını isətəmək kimi hisslərdə aiddir. Eqo belə etdikdə özünü rahatlayır.

Asetizim – müəyyən hislər xüsusilə cinsi hislər gənclərdə ifrat dərəcəyə çatdıqda özlərində buna qarşı bir müdafiə mexanizmi qururlar və bütün həzz verici şeylərdən uzaq durmaqla bunun qarşısını alacaqlarını düşünürlər. Belə gənclər təriqət ovçular tərəfindən ən tez ovlanan gənclər olur.

Fantaziya – eqo relada həyata keçirə bilməyəcəyi şeyləri fantaziya qurmaqla həyata keçirməyə çalışır. Yuxularda bu müdafiə mexanizminə aiddir.

Göründüyü kimi müdafiə mexanizmləri ego tərəfindən yaradılır və idlə supereqo qarşıdurmasında ortaq bir nəticəyə gəlmək üçün və özünü rahatlatmaq üçün istifadə edilir. Bu orqanizmin inkişafına və özünü müəyyən hisslərdən daha yaxşı müdafiə etməsinə kömək edir.

             Mənbə 
     

Cem Yılmazdan sitatlar


"Filmlerde çok küfür oluyor". Bende bir-iki filmde oldu, fazla değil. Hep de şansıma, argo konuşan, bazen küfürlü konuşan tipleri canlandırdım. Aslında bu bir tepkiydi belki de. Çünki yani bizim sinemamızda pek öyle karakterler olmadığı için, öyle olsun diye istediğimden kaynaklanan bir şeydi.

Yani, tepkinin böyle olmasını tabi anlamak çok güç. Çünki aslında tanıdık adamları görmesinden çoğu kimse de memnun oluyor, yani tanıdık tipleri görüyorsun perdede, canlı karakterler görüyor. Ama çoğu kimse böyle düşünmüyor. Çoğu kimse alışık değil, hemen reaksiyon gösteriyor, sevmesi gerekirken.

Ben bir taksiciyi oynasam taksici gibi konuşuyor, onun gibi giyiniyor olmam öngörülmezmi, öyle değilmidir? Benim Vizontelede canlandırdığım adam pis dolandırıcı bir adamdı, kılığı-kıyafeti öyleydi, dili de öyleydi. Alışmamışız tabi, bizim eski filmlerimizde pek böyle bir dil yok ya. Halbuki o daha sakıncalı bir şey. Adam mesela eroin kaçakçısını canlandırıyor, türk filmlerini hatırla, eski, adam o kadar düzgün bir türkçeyle konuşuyor ki, sanırsın Türk Dil Kurumu eroin kaçırıyor.

Alkışa ben hiç alışmadım yıllardır. "Bravo!" Ne bravosu? Her şey bilete dahil diyorum ya. Her işini yapanı alkışlıyormuş gibi beni alkışlaman benim zoruma gidiyor. Hani, bakkala girdin, "bir kısa Camel, ver bakiyim, aa verdi, bravo!"  falan, varmı böyle bir şey? Böyle birşey yok ki? Benhetton'dan kazak alıyor, alkışlıyor: " Mmm, vücudumu sardı". Böyle bir şey yok.

"Gözlem yapıyoruz" demişler ve bu insanların diline dolanmıştır. Her kes bu işi elle tutulur bir hale getirmek ve evcilleştirmek istiyor, bu işi tüketen kimseler.

"Biliyorum ben bu işi" gibisinden. "Gözlemden ağabey". 
"Hep gözlem yapıyorlar şekerim, çok gözleme dayalı".
Ne gözlemi? Ne gözleminden bahsediyorsun? Sanki ben devamlı gözlem evinde böyle Kandilli'de ... Gözlem amatörün işidir. Amatör adam bakar, dur şuraya bakayım da, ordan espri çıkarayım. Mizahçı adam, gerçek mizahçı gören adamdır zaten, bakan adam değildir, bakmaya gerek yok görmek için. Bir şey ordaysa ordadır.  Ben biliyorum şimdi o abla orda oturuyor. Ayrıca bakmaya gerek varmı? Bakmayınca da orda. Buyrun, orda. Mizahçının durumu budur birazcık da.

İşine saygınlık, yapıştırma ama, yalandan bir saygınlık kazandırmak için "günlük hayatı gözlemleyerek bu noktaya vardım sevgili izleyenler". Bu, ne ki bu? Birincil görevini yapmıyorsun bir kere, güldürmüyorsun bir kere. Onu yapmadıktan sonra ne anlatıyorsun bana? Ben şimdi burda türlü maskaralık yaptıktan sonra, ki bundan haz alıyorum, bunu yaptıktan sonra şimdi burda gözlüğümü takıp "Ne o, güldünüz değil mi? Evet, kah güldük, kah eğlendik..." Bu ne bu? Bu, ne bu? Bu ne? Bunu yapıyorlar. "Memlekette olumsuzluklar var, ve işte biz bunları işaret ederek"... Ne işaret ediyorsun? "Mizahçı kötülükleri işaret eden adamdır"... Memleketi bok ediyorlar, sonra diyorlar ki, "biz mizahçıya malzeme olsun diye yaptık". Sen burayı güllük-gülüstanlık yap, ben gülünücek şey bulurum, telaşlanma.

Ve yani, işaret etmek neyin çözümüdür ki? "Bakın ne kötülükler oluyor, bakın, bakın, bakın"... "O sırada ben de küpümü doldurayım." Olurmu böyle saçmalık?!
   
"Kıçımdan uyduruyorum" kaba bir şey, değil mi? Ama doğru, dürüst bir şey. Nerden biliyim ben nerden buluyorum espriyi? Ben böyle duruyorum, espri geliyor. Ben mi dedim gel burda uyu diye? Kendi geldi uyuyor, e, bitti.
Dolayısıyla benim yaptığım şey dallandırılıp-budaklandırılıp, yaptığımın bir de üzerine konuşulacak bir şey değil. "Şöyle yapıyorum, böyle yapıyorum".  Hayır, yap, konuş, anlat, budur önemli olan. Karikatür çiziyorsan da altına imzanı atarsın, senin dünyandır o.
   
    

George Carlin




Dil, adətən həqiqəti gizlətmək üçün bir vasitədir.

Heç fikir vermisinizmi, sizdən yavaş sürən hər kəs idiot, sizdən sürətli hər kəs manyakdır?

Hər lağlağıçı insanın içində xəyal qırıqlığına düçar olmuş bir idealist vardır.

Heç kim təna bir yerin necə olduğunu bilə bilməz.

Başqalarının fikirlərini önəmsəmədiyini deyənlər adətən başqalarını buna inandırmaq üçün sino gedənlərdir.

Santa Klaus ona görə belə şəndir ki, bütün "pis qız"ların harda yaşadığını bilir.

Öz-özümə danışmağımın səbəbi budur ki, cavablarını qəbul etdiyim tək insanın özüməm.

Soft rock musiqisi rock deyil. O heç musiqi də deyil. O sadəcə soft-dur.

Kimsə tanınmamış qəhrəman olaraq adlandırıldığı andan etibarən artıq o elə deyil.

Heç fikir vermisinizmi, uşaq aldırmağa qarşı olan qadınlar elə sizin əlaqədə olmaq istəməyəcəyiniz qadınlardır? Təbiətdə belə bir tarazlıq var.

Deməli mən deyirəm ki, "Yaşa və yaşat." Bu mənim mottomdur. "Yaşa və yaşat." Buna uyğunlaşa bilməyən hər kəsi çıxardın çölə və vurun o əclafı. Sadə bir fəlsəfədir. Amma bizim ailədə həmişə işləyib.

Amerikada, hər kəs prezident ola bilər. Problem də elə bundadır.

Mülkiyyət oğurluqdur. Heç kim heç nəyə "sahib olmur". Siz öldükdə hər şey öz yerində qalır.


Əgər udursansa bu heç vaxt sadəcə bir oyun deyil.

Ortalama bir insanın nə qədər axmaq olduğunu düşünün. Və təsəvvür edin ki insanların yarısı bundan da axmaqdır.

Mənim hobbim yoxdur, hobbilər pul aparır. Maraqlar isə tamamilə pulsuzdur.

Bilirsiz mən bu ölkədə iqtisadi və sosial sinifləri necə tərif edirəm? Yuxarı sinif pulun hamısını əlində saxlayır, heç vergi vermir. Orta sinif bütün vergiləri verir, işin hamısını görür. Kasıblar isə... sadəcə orta sinifi qorxutmaq üçün var. Onların bu işlərdə işləməsini təmin etmək üçün.

Amma bilirsinizmi, bu uşaq aldırma  debatına qulaq asdıqca, "həyatın müqəddəsliyi" ifadəsini daha çox eşidəcəksiniz. "Həyatın müqəddəsliyi". Buna inanırsınız? Şəxsən, məncə bu dəstə zibildir. Həyat müqəddəsdir? Bunu kim dedi? Tanrı? Əgər tarix oxuyursansa, onda görəcəksən ki, ölümün ən böyük səbəblərindən biri elə tanrıdır. Belə də olub minlərcə il ərzində. Hindular, müsəlmanlar, yəhudilər, xristianlar - hamısı bir-birini öldürməyə çalışır, çünk tanrıları onlara deyib ki bu yaxşı fikirdir. Tanrının qılıncı, vətənin qanı, intiqam mənimdir. Milyonlarla ölü əclaf. Milyonlarla ölü əclaf, çünki onlar Tanrı sualına səhv cavabı veriblər. "Tanrıya inanırsan?" "Yox". Bum! Ölü. "Tanrıya inanırsan?" "Hə". "Mənim tanrıma inanırsan?" "Yox". Bum! Ölü. "Mənim tanrımın səninkindən daha böyük çükü var!"

Nektophilia haqqında ən yaxşı şey nədir, bilirsiniz? Çiçək gətirmək ehtiyacı yoxdur. Hə... çiçəklər onsuzda orda olacaq.

Və dəxli yoxdur hansı problemlərlə üzləşir insanlar, bu təbii və ya insan əli ilə yaranmış olsun, mən həmişə daha pisə getməyimi ümid edirəm. Siz də etmirsizmi? Etmirsizmi? Sizin də içinizdə elə bir hissə yoxdurmu ki, gizlicə hər şeyin daha pisə getməyini ümid edir? Televizorda bir yanğın görəndə, yayılmasını ümid etmirsinizmi? Tamamilə kontroldan çıxmağını və 6 ölkə yandırmağını ümid etmirsizmi? Yanğınsöndürəni dəstəkləmirsiniz, elə deyilmi? Yəni mən istəmirəm onların zərər görməsini, amma mənim alovumu da söndürməsinlər. O mənim alovumdur - o təbiətdir, özünü göstərir və əylənir. Mən alovları xoşlayıram.

Şəxsən, iş hüquqlara gələndə, məncə bu ikisindən biri doğrudur. Ya sərhədsiz hüquqlarımız var, ya da heç bir hüququmuz yoxdur. Şəxsən mən birinciyə meyl edirəm, məsələn mən fikirləşirəm ki mənim istədiyim hər şeyi eləməyə haqqım var, AMMA! Amma əgər mən sizin xoşunuza gəlməyən nəsə etsəm məncə sizin məni öldürməyə haqqınız da var. Bundan adələtli müqavilə harda var? Beləcə gələn dəfə hansısa peysər sizə "mənim öz fikrimi deməyə hüququm var" deyəndə, "Hə? elə? Mənim də öz fikrimə hüququm var və mənim fikrim sənin fikrinə hüququn olmadığıdır." deyib güllələyin əclafı və çıxıb gedin.

Həyatı saf əyləncə yox, başqa bir şey olaraq görənlər "söhbəti tuta bilməyiblər".

Ayaqqabılarım yox idi və buna çox üzülürdüm, ayaqları olmayan biri ilə rastlaşana qədər. Onun ayaqqabılarını götürdüm. İndi yaxşı hiss edirəm.
 
     

Steve Jobs və Metal metodu


         "Hər gününü son günün kimi yaşa, bir gün haqlı çıxacaqsan" deyirdi Steve Jobs, deyə-deyə də getdi rəhmətlik. Amma mən onun metodunu tətbiq eləyə bilmirdim çox vaxt. Çünki ölüm ən böyük qorxumuzdur çoxumuzun, qorxudan onun yaxınına belə getməyə qorxuruq.

     Ona görə birinci ölüm ilə üzləşmək lazımdır.

     Burada sizə mənim də istifadə etdiyim bir metoddan söz açmaq istəyirəm: Metal terapiyası.
Metal terapiyası Metal musiqi vasitəsilə ölüm qorxunuza qalib gəlməyinizi təmin edəcək. Bunu isə sərtliyi ilə, və ən əsası death metal və onun digər subjanrlarındakı ölüm və cəsəd görüntüləri ilə, həddindən artıq "çirkli", sərt musiqi ilə edəcək.

     Beləliklə bundan sonra Steve Jobs-un metodundan istifadə edib həyatınızı yoluna qoya biləcəksiniz.

     Özünüzə yaxşı baxın, digərlərinə yaxşıdan bir az zəif.

     (Zarafatsız, birdən-birə qocalıbmış)

       

Okan Bayülgen'le Kısa Bir Söyleşi



 
    - İsim seçmeniz gerekse hangi ismi seçerdiniz?

- İsim seçmezdim herhalde. Prince-i severim, Prince gibi yapardım herhalde. Yani bir sembol filan kullanırdım. İsim çünkü bir süre sonra ifade etmiyor insanı. Semboller daha güzel.

- En sevdiğiniz kelime?

- "Kızım". Yani "kızım" demeyi seviyorum. Yani, karıma da "kızım" diyorum bazen. Yani - "kızım"... Çokmu babayım acaba, bilmiyorum.

- En nefret ettiğiniz kelime?

- Dürüstlüğüm...En çok dürüst bir insan olduğum için üzülüyorum. Yani, O kadar iyiyim ki...

- Ne sizi heyecanlandırır?

- Seks.

- Heyecanınızı ne öldürür?

- Seks.

- Türkiye'de yaşamanın en zorlayıcı yanı nedir?

- Nereye ait olduğunu bilememek.

- Türkiye'de yaşamanın en keyifli yanı nedir?

- Aa, insanlar. İnsanlar, en güzel tarafı o. Hep onlar için buradayız. "O", "şu", ya da "bu" Türkiye'de yaşadığı için buradayız. O insanlar ölüp giderse, ya da memleketi terk ederse, artık burda olmak istemeyiz.

- Peki hangi mesleği yapmak istemezdiniz?

- Televizyon.

- Okan Bayülgen olmasaydınız, kim olurdunuz?

- Okan Bayülgen.

- Nerede yaşamak isteriniz?

-  Daha güzel bir şehirde. Daha, mutlu bir şehirde. Yollarında rahatlıkla yürüyebildiğim, insanlarla selamlaştığım, tanıdık yüzler, aşina insanlarla muhabbetler edebildiğim, insanların bir-birlerini öldürmeğe, soymaya çalışmadığı bir şehirde yaşamak isterdim. Ama, öyle bir şehir yok galiba. Ama şehirde. Yani bir köy, denizkeranı falan değil. Şehir.

- Size en fazla keyif veren kötü huyunuz hangisi?

- Sigara. Ama, TBMM-in "Küçükleri ve gençleri tütün mamulleri zararlarından koruma" yasası uyarınca, sigara dememem gerekiyor.

- Peki, kahramanınız kim?

- Aslında... "Mister No". Fakat, söylemeye utanıyorum.

- Sizi en çok etkileyen roman, ya da film kahramanı hangisidir?

- Andre Gide-in kayıp kısa romanları arasında sayılan "İsabel"de genç bir oğlan vardır. Bir az böyle kırıtık bir şey. Bir aşkın derdine düşer. O bir ara benle konuştu, romanı okurken. Yani, bir paragraf sadece, benle konuştu. Ama o sayfaya gelip o paragrafı okuduğumda hep benle konuşuyor da çocuğun ismini hatırlayamıyorum.

- Hayat felsefenizi hangi slogan özetler?

- Galiba, varoluşçuluğa inanıyorum. Yani, insanın kendini seçtiğine, kendini yaptığına, kendini inşa ettiğine. Nasıl şehirleri inşa  edebiliyorsa kendini de inşa ediyor. İnsan, aslında bir yapı. O yapıyı... Kendi kurduğu bir yapı aslında.

- Peki mutluluk rüyanız nedir?

- Galiba, kızım ve eşimle beraber, şu anda oturduğumuz evde bir azdan yiyeceğimiz yemek. Yani sofranın başına geçmek, ve onlarla beraber olmak.

- Sizce mutsuzluğun tanımı?

- Başkaları.

- Tek bir dilek şansınız olsaydı eğer, ne dilerdiniz?

- Hiç ölmemek.

- Nasıl ölmek isterdiniz?

- Sevişirken.

- Öldüğünüzde arkanızda sizi tanımlayacak tek bir nesne bırakmak isteseniz, bu ne olur?

- Bilmem, masada unutduğum bir çakmak olabilir. Ya da, bir kapı anahtarı. Ya da, bilmem, içilmemiş bir sigara. Gidilmemiş bir oyunun bileti filan.

- Şu anki ruh haliniz nasıl?

- Sıkılıyorum.


         Müsahibənin videosu

80. Hava gazı: İnsanları delirtmek


         Hava gazı terimi, adını 1944 yapımı, ana karakterin delirdiğine ikna edildiği Gaslight filminden alır: Charles Boyer, evdeki gaz lambalarını kurcalar ve evdeki diğer lambaların hafif loş olmasını sağlar; Ingrid Bergman bu durumu farketdiğinde, Boyer ona hayal gördüğünü söyler. Yüzlerce film, aynı psikolojik teknikleri kullanır: What Lies Beneath isimli filmde? Harrison Ford, Michelle Pfeiffer'ı, aklını kaybetdiğine ikna eder. Amelie filminde Audrey Tautou, kendi marketini yakan, garip ve genç bir kadını canlandırır. 

Kurbanınızın algısını mahvedip onu paranoyak yapmanın 10 yolu var.

         1.    İncitici şeyler söyleyin ve onları ağlatın. Sonra, özür dilemek yerine, depresyon, ruh hali değişkenlikleri ve düşük özsaygı için tedaviler önermeye başlayın.

         2.    Terliğinin bir tekini alıp yerine aynısından, sadece iki numara küçük bir terlik koyun. Aynı şeyi giysileriyle de yapın, böylece kilo problemi olduklarını düşünsünler. Şapkalarını değiştirin, beyinlerinin büyüdüğünü sansınlar.

         3.    Evdeki tüm ampülleri, daha loş olanlarıyla değiştirin; az ışık, depresyonu körükler.
         4.    Küçük kişisel eşyaların yerlerini değiştirin; böylece kurbanınız farketmez, ama bilinçaltında bir şeylerin tuhaf gitdiğini anlar.

         5.    Bir eşylasını alın ve onlar bulmak için bir saat boşa zaman harcadıktan sonra, başka bir yere koyun.
         6.    Her gece, arabalarının benzin deposuna bir miktar benzin ekleyin.

         7.    Onlar tatildeyken, iş e-postalarına, pornografik görüntüler yollayın. Onların yokluğunda, e-postaları başkaları tarafından açılacak ve itibarları zedelenecektir.

         8.    Kurbanınız bir iş arkadaşınızsa, üretkenliklerini bitirin. Örneğin bir fabrikada çalışıyorsanız, makinenin ayarını değiştirin; ofiste önemli bir toplantı ya da sunum öncesi, önemli belgeleri çalın (imla hataları ekleyerek Powerpoint sunumunu mahvedin).

         9.    Mobilyaların yerini değiştirin ve kurbanınıza zaten öyle olduklarını söyleyin.
         10.    Kurbanınızda bir itaat duygusu geliştirin; her zaman önemli talepler yükleyin ve direndiklerinde, bunun onların düşük özsaygılarıyla ilgili olduğuna inanmalarını sağlayın.


         "Yasak Bilgi - Herkesin Bilmemesi Gereken Şeyler" adlı kitabdan götürülmüşdür.
    
       

Equilibrium


          Filmdə gələcək zamanda, üçüncü dünya müharibəsindən sonrakı vaxtlar təsəvvür olunur. Belə ki hər cürə incəsənət, gözəl olan hər şey qadağan olunub, kitab oxumaq, musiqi, rəsm. Səbəb insanların duyğularına qapılaraq müharibələr başlatmalarıdır. Bu tip şeylərdən istifadə eləyənləri isə tapıb məhv eləyirlər. Hətta ev heyvanları belə saxlamaq olmaz, onları sadəcə öldürürlər. Baş qəhrəmanımız isə həmin bu məhv eləyənlərin ən yaxşılarından biridir. Və onun öz arvadı da qanunu tapdalayanlardan biri olub və həbs olunub. Film baş qəhrəmanımızın dəyişimini və nəticədə baş verənləri göstərir. Bu film haqqında qısa məlumat idi, indi keçək təəssüratıma.

         İnsanın içindəki incəsənətə, gözəl olana qarşı olan istək hər zaman var olacaq. İndi hər tərəfdə bu gözəlliklərin ticariləşdirildiyi bir dünyada bu maraqlı gəlir insana. Gündə tonlarca musiqi qəbul edirik, hər tərəfdə, televizorda, küçədə plakatlarda, reklamlarda nə qədər görsəllik dolur beynimizə. Heç bir problemimiz ola bilməz yəni gözəllik, incəsənət işləri ilə. Çox olduğu üçün bizə elə gəlir ki olmasa da olar. Amma olmasa elə axtaracağıq ki. Amma filmdəki kimi qadağan olunsa bizim ona qarşı hissiyatımız da kəskinləşəcək. Necə ki bir neçə gün ac qalan adamın yeməkdən hədsiz zövq alması kimi. Bu film intellektualların adi insanları kitaba maraqlandırmağa çalışdıqları bu dövrdə maraqlıdır. Filmdəki kimi bir dövr yaşansa kitab əldən-ələ qaçaq mal kimi satılan bir şey olacaq. Əlbəttə bu qədər məlumatın, qarmaqarışıqlığın içində insanlar kitaba meyl etməməlidirlər. Oynamağın bəzən yüngüllük sayıldığı, mahnı oxumağa çox vaxt utandığımız bir dünyada bu film bunlar üçün sino gedəcəyimiz zamanı göstərdiyinə görə əlamətdardır.

Dəlilər


         İncəsənət dəlilikdir, dəli olmaq isə incəsənətdir.
         ...Ədəbiyyat var olan bir gerçəyin təcəssümüdürsə rədd edirəm tamamilə. Məsələn bir yazar bir dolu qaydanın keşikçiliyiylə məşğul olursa ya da bir psixoloq bir dəlinin nədən dəli olduğunu düşünürsə əslində eyni yolun qarşısında gedir. Dəyişən bir şey olurmu, nəticə dəyişirmi? Xeyr! Yazmaq istəyən yazar yenə hiss edir və yazır, dəli olan isə yenə dəli olur.
         ...Anlatmaq həmişə anlaşılmaq deyil. Məsələn bir sürrealist rəssam ya da şair, toxunarkən qələmə ya boyaya, sənə anlatmaqmı istədi dərdini? İstəmədi. Bəs anlattımı kəlamını? Anlatdı. Bəs, sən anladınmı? Xeyr!
         ...Bütün məsələ bundan ibarətdir. İncəsənəti konkret qəliblərə salmaq, ifadəni ya da fırçanı sərhədləşdirmək dəli olmağı əngəlləməkdir. Bir incəsənət adamı dəli olmasa nə bir yeni əsər ortaya çıxar nə də yeni bir ritual.

         müəllif: Ensar Erensayın

        Bu gün sizə öz tanıdığım dəlilərdən danışacam.


        Bu insanı mən ilk dəfə görəndə çox əcaib gəlmişdi. O səs tonu, uzanıb gedən cümlələri, hərəkətləri, mimikası filan. O olmasaydı belə mahnıları heç kim yarada bilməzdi.


        Klipə axıra qədər baxın, xüsusilə ən sonuna. Bu klipi görəndə mən mənasız bir iyrənclikdən ibarət olduğunu düşünmüşdüm. Amma indi bu  mahnını sevirəm və klip də mənə mənasız gəlmir. Üstəlik əvvəlki kimi narahat da eləmir. Ağıllıların dəlilərdən zəif cəhəti budur, onları bu narahat eləyir, qaçmağa çalışırlar belə şeylərdən. Bəlkə də ölümdən qaçırlar deyə, görməzdən gəlmək istəyirlər.


        Üçüncü olaraq bir filmdən danışmaq istəyirəm. Həmin film haqqında burdan oxuyun:


        Günümüzün seriallarındakı öpüşmə və sevişmə səhnələrinin xalqın əxlaqına təsirlərdən danışan (dayaz) dartışmaları hamınız eşitmisiniz yəqin... Biz 2010-cu ildə hələ də bu dartışmalardan nəsə gözləyərkən 1983-cü ildə mahir rejissor Deyvid Kronenberq tərəfindən çəkilmiş olan "Videodrome" media(kütləvi informasiya vasitələri) və fərd arasındakı bu əlaqəyə çoxdan son nöqtəni qoymuşdu. Fərdin var olmasından etibarən içində olan cinsəllik və zorakılıq meyllərinin, media təlqini ilə üzə çıxmasından danışır "Videodrome". Hər bir fərdin başqa bir fərdi öldürməkdən, sevişərkən əzab çəkməkdən və əzab verməkdən zövq alan bir tərəfi var ancaq bu istəklərini ortaya çıxmayacaq formada gizlədir.

        Beləcə "Videodrome" insanoğlunun bu tərəfini tapır və onu sərbəst buraxır.

        Filmin baş qəhrəmanı Ceyms Vuds tərəfindən ifa olunan Maks Ren adlı bir kanal sahibidir və reytinqləri artıqmaq üçün yeni bir proqram formatı axtarır. Və bir gün qarışan bir siqnal ilə Videodrom-u tapır. Videodrom içində işkəncə, zorlama və cinayət görüntüləri olan bir verilişdir. Bu proqramı izləyən Maks vaxt keçdikcə dəyişməyə başlayır. Məsələn Debra Herinin ifa etdiyi ruhunu Videodromdan əvvəl də sərbəst buraxmış olan Niki Brend ilə sevişməsində indi yalnız duyğusal bir həz deyil, eyni zamanda əzab duyğusunu da arzulamağa başlayır. Və yavaş-yavaş yalnızca öldürmək, əzab çəkmək və əzab verməkdən zövq alan vəziyyətə gəlir.  Ancaq əsl həzzə çatmaq üçün lazım olan son şey isə içində olduğu bədəndən ayrılmaqdır və bunu eləməyin tək yolu öz həyatına son verməsidir.

        Vəhşi duyğuları pərdələnmiş olan fərdin medianın gücü ilə necə bir insana çevriləbiləcəyini göstərir bizə "Videodrome". Brayn Oblivionun bu sözləri bu günümüzə işıq tutmaqda və Deyvid Kronenberqin dühasını bizə göstərməkdədir:

        "Bir gün gələcək (mediada) heç bir insan öz adından istifadə etməyəcək, hər kəsin bir niki(ləqəbi) olacaq."

        Eynilə internet dünyasında istifadə elədiyimiz adlar kimi.

        Videodrom halüsinasiyalar sayəsində insan beynini kontrol edən və ona baxmağın yemək yemək, su içmək, tuvaletə getmək kimi məcburi bir ehtiyac halına gəlməsini təmin etmək üçün insan beyninə yerləşən bir urdur.

        Və hər zaman bizi azad etməlidir.

        Mənbə: insanat.blogspot.com

Məşğuliyyətlər



         Bu mahnıyla oxumaq məsləhətdi: Agalloch - Limbs

         Bir az əvvəl "Pay it forward" filminə baxdım. Və baxarkən əlimdə boş qutuları dayanmadan kəsib doğrayırdım. Yadıma düşür ki əvvəl belə məşğuliyyətlərim var idi (nə bilim, taxtada oyma eləyirdim, rəsm çəkirdim filan), elə məşğuliyyətlər ki zaman sonsuza uzansa da mən o məşğuliyyətdən bezməzdim. İlk dəfə oymanı bir yerdə görmüşdüm və həqiqətən sehrlənmişdim eləbil. Həqiqətən sehrlənmişdim amma. İndi neçəmiz həqiqi sehrlənməni yaşayırıq?, "Inception"da da deyildiyi kimi "həqiqi sehrlənmənin gücü"nü hiss edirik ki, bilmirəm.

         Məşğuliyyətlər dəyişdi zaman keçdikcə. İndi məsələn heç yoxdu demək olar. İndi özümdən çox uzaqdayam. Mən heç özümü sözlə ifadə eləyə bilən bir insan deyildim. Musiqi aləti çalmaq da mənim stilim deyildi. Amma indi hər ikisini eləyirəm. Əvvəl sadəcə iki taxta parçasını birləşdirməklə özümü ifadə eləyə bilirdim. Həmin anlarda özümü kainatla bütünləşmiş hiss eləyirdim. Həm də çox kədərli, və heç nə haqqında ağlında sual olmayan, hər şeyi bilirmiş kimi, allah kimi də demək olar...

         Artıq yaza bilmirəm, fikrimi çox qısa müddət cəmləyə bilirəm, ona görə bu yazını da gərək saxlayım. Mən bu yazını mahnı səsində yazdım, ona görə mahnını da paylaşıram. Bilmirəm yazını oxuyanda mənim keçirdiyim hisləri siz də keçirəcəksizmi.

Uşaq olmaq


Əvvəllər hamımız uşaq idik. Sonradan isə çoxumuz korlandıq, uşaqlığımızı itirdik. Yalnız bəzilərimiz uşaq olaraq qaldı.

Uşaqlar adətən belə olurlar: enerji dolu, komplekssiz,  açıqfikirli. İnsanların üzlərinə baxıram, hər an nəsə xeyir güdməkdə olduqları görünür, üz ifadələri saxtadı, gözləri solğun, enerjisizdi.

Burdan sosial mesaj vermək istəmirəm amma həqiqətən düşünürəm ki biz uşaqlığımızı itirməməliyik. Böyümək nəyə lazımdı ki? Sizin böyümək dediyiniz şey bizi duyğusuz məxluqlara çevirir axı. İnsan duyğu olmayandan sonra yaşamasın... Siz artıq oyun oynayıb doyunca əylənmə qabiliyyətimizi itirməyimizə böyümək deyirsiniz. Siz, nə bilim, başqalarınının nə düşündüyünü fikirləşib özümüzə sərhədlər qoymağımıza böyümək deyirsiniz. Nəticədə kompleksli, qorxu ilə hərəkət edən, saxta, bir sözlə taxta insanlar yaradırsınız. "Siz"in üstünə çox getdim deyəsən. (Bu "siz" ki var, bir təsəvvürdür ki biz onun üstünə qışrırıb günahlandıra bilirik, o bizə heç vaxt cavab verə bilmir.)

Amma yəni ümumiyyətlə demək istədiyim son günlər özümün duyğusuz bir zombiyə çevrildiyimi müşahidə eləmişdim ki, onda gördüm ki məndən başqa belə olanlar dolu imiş ki... Mən də belə duyğu dolu bir yazı yazmaq istəməzdim amma, neynəyim, bəzən çox xəyalpərəst oluram.

Bloqlayankimilər


      Keçən dəfə bloq yazmaqdan danışmışdım. Bu dəfə də bloqların növlərindən danışacam. Bloqyazanlarkimilər bioloji olarak bir neçə sinifə bölünür.

      Burda tibb terminləri işləndiyinə görə adlar latınca olacaq. Başa düşə bilməyənlər Cavid Ağaya müraciət edəcəklər bilirəm. Mən özüm də bəzilərini bilmirəm, Allah onu başımızdan əskik eləməsin.

      Bloqqerus Adnanus Eminus:

      Əsasən Azərbaycanda geniş yayılan bu növün nümayəndələri əsasən sistemdən, hakimiyyətdən yazanlardır. Postlarında satira da tez-tez rast gəlinməkdədir. Bu növün nümayəndələri adətən polis şöbəsini də(Allah iraq elesin) bir dəfə təcrübədən keçirmiş canlılardır. Həm yaxşı, həm pis reaksiyalar alsalar da, haqlarında çox danışılan olduqları şübhəsizdir.

      Romantik Platonik Xəyalpərəstus:

      Bu növə aid canlılar yeniyetmələrdən ibarət olur adətən. Keçid dövrünün gətirdiyi xəyalpərəstliklə bloqlarını başdan ayağa romantik yazılarla, sevgiyə aid ədəbiyyat nümunələri ilə dolduranlardır. Bəzən dinə aid yazılar da qoymaqla idealist mövqelərini bəlli edirlər. Və adətən yaşıdları tərəfindən kifayət qədər rəğbət görürlər.

      İğtişaşda ixtisaslaşmış ittifaqlara ittihafda ittihamedilənus:

      Adından da aydın olduğu kimi bunlar ixtişaşda ixtisaslaşmış ittifaqlara ittihafda ittiham edilirlər adətən kütlə tərəfindən. Ya hər hansı bir ideologiyanı cəmiyyətə, ya öz fikrini kiməsə, ya da özünə sübut eləmək üçün internetdən (sui)istifadə edən canlı növüdür. Bunlar haqqında çox danışmağa ehtiyac görmürəm. Keçək digər növümüzə.

      Koy beline rahvan gitsinus:

      Bunlar bloq dünyasında azlıq təşkil edən bloqlayanlarkimilərdir. Siniflərə bölünmələri haqqında müxtəlif mülahizələr olsa da, bəzi ədəbiyyatlarda əsas 2 kateqoriyaya ayrıldıqlarını görmək mümkündür. Bloqus stabil formatuslar adətən xüsusi konkret bir stildə, hər hansı konkret formatda bloqlayanlar olub, format filan hərləşdirməyənuslar isə hər ağlına gələni(bəzən ağıllarına gələni yazmadıqları da elmə məlumdur) yazanlara deyilir.


      Bunlar bloqlayankimilərin əsas növləri idi. Bunu da deməliyəm ki bunlardan başqa minlərlə elmə məlum olmayan bloqlayanlar da var ki hal-hazırda öz bloqlarını doldurmaqla məşğuldurlar. Bu günlük bu qədər. Sizinlə mən, haqverdi bloqlayan idim. (Adın sonundakı “yan”ın ermənilərə heç bir dəxli yoxdur. Nəzərizə çatdırım ki, həmin “yan” şəkilçisinin azərbaycan dilindən gəlmə olduğu BMT tərəfindən təsdiq olunmuşdur.)

Bloq yazmaq üçün nə lazımdır?



      Baxın, bloq yazmaq üçün deyirəm a, bloqqer olmaq üçün demirəm. Bloqqer olmaq ümidi ilə bu yazını oxuyanların ümidləri boşa çıxa bilər, onlar başqa distansiyalara müraciət eləsələr yaxşı olar.


      1) Çox danışan olmaq lazımdır.
 
      Elə bu yerdə gözəl bir hekayəni sizə nəql etmək istəyirəm ki mövzu anlaşıqlı olsun.
      Bir gün bir mitinqdə danışmaq üçün tanınmış natiq gətirdilir. Natiq danışır, danışır, danışır, qurtarmaq bilmir. Axırda ondan soruşurlar ki, sən niyə bu qədər çox danışırsan. Natiq ağzında dediyi sözü bitirmədən cavabı yapışdırır: “Ə, mən bura danışmaq üçün çıxmışam da!”  və heç nə olmamış kimi sözünə qaldığı yerdən davam edir.


      2) Hər şey haqqında bir fikrin olsa pis olmaz.

       Bir gün bir incəsənət adamından müsahibə götürülür. Jurnalist əvvəlcədən danışmış olduqları üçün rahat olan müsahibinə gözlənilmədən "qara qızılın insan qızılına çevrilməsi" haqqında nə fikirləşirsiniz deyə sual verir. Gözlənilməyən sual qarşısında sarsılan müsahib donub qalır. Yoldan ötənlər “Allah prezidentimizin canını sağ eləsin” deyə kömək etməyə çalışsalar da müsahib uzun müddət səssizliyi poza bilmir. (Bundan sonra həmin incəsənət xadimi həyatının geri qalanını sual haqqında, bu sualın ona niyə verildiyi haqqında düşünərək keçirir)


      3) Tərəfsiz olsan yaxşı olar, amma istəsən tərəf də tuta bilərsən, öz bloqundu.
 
      Bir yaşlı qoca həmişə iş yerinin yolu çox dolanbaclı olduğu üçün yadında saxlaya bilmirmiş. Ona görə həyat yoldaşı qarı ona siyahı yazıb verirmiş ki birinci sola dön, filan yerə çatdın sağa dön və s. Qocanın ağlı da arada gedib gəlirmiş, ona görə sağla solu qarışdırmamaq üçün sağ qolundan sarımsaq, solundan soğan asıbmış. Günlərin günü qoca bir yolayrıcına çatıb görür ki kağıza su düşüb, hansı tərəfə gedəcəyini görə bilmir. Qoca bir an dayanıb düşünür, bilmir sağa getsin yoxsa sola. O anda birdən fikir verir ki, orta yol da var. Qoca tərəddüd etmədən orta yoldan gedir. O gündən sonra qoca tərəfsiz olur.
 

      4) Bir azca yumor da olsa yazını daha əyləncəli edər.
 
      Bir gün iki dost söhbət edərkən biri o birinə deyir ki yəqin eşitmisən də, Hostun təzə mahnısıdı var “Eynşteyn” adında. O biri deyir ki hə bilirəm,amma Eynşteyn deyəndə mənim ağlıma məşhur alim və düsturlar filan gəlir. Dostu deyir ki nə düstur, nə danışırsan? Deyir bəs Eynşteyn də, tanımırsan? Eynşteyni tanımayana dostu ona Eynşteynin nəzəriyyəsini və məşhur E=mc2 düsturunu göstərəndən sonra oğlan bir anlıq donub qalır və gülməyə başlayır. Elə-belə gülmək yox özü də, lap ürəyi gedir. Dostu onun nəyə güldüyünü başa düşməyib soruşsa da oğlan gülməyini saxlaya bilmir ki cavab versin. Təşvişə düşən dostu təcili yardım çağırmaq istəyəndə baxıb görür ki artıq oğlan keçinib. (O mənada yox, geyinib-keçinib).


Ehtiyaclar İyerarxiyası


Salam hörmətli oxucularım. Bu günlərdə aldığım xəbərə görə bloqda dalbadal iki xəbərin musiqi haqda olması oxucuları bloqumuzun musiqi bloqu olduğu fikrinə sürükləyib. Buna görə bəzi oxucular ümidlərinin qırıldığını deyib otaqlarından çölə çıxmır, hətta yemək yeməkdən və tualetə getməkdən imtina edirlərmiş. Amma narahat olmayın, vəziyyət nəzarətim altındadır. Bloqda ancaq musiqi yazıları olmayacaq, bloqda hər cürə yazı yazmaq ixtiyarını özümə vermişəm. Eheey, qışqırıq səslərinizi eşidirəm eləbil.

Bu bloq siz bilən bloqlardan olmasın istəyirəm. Bu bloqun analoqu olmasın istəyirəm. Bu bloqda hər şey olsun istəyirəm, sevgi, nifrət, ehtiras, intriqa...Biz mehriban ailə olaq istəyirəm. Birlikdə gülək, birlikdə ağlayaq, birlikdə burnumuzu silək istəyirəm.

Bu gün sizə bir piramidadan danışmaq istəyirəm. Amma bu piramida 1 dolların üstündəki bizə göz qoyan piramidalardan deyil. Bu piramida Maslovun Ehtiyaclar Iyerarxiyası nəzəriyyəsinin əyani vəsaiti kimi işlənir. Nədi bu nəzəriyyə? Maslov dayıdan soruşsan deyəcək ki insanların ehtiyaclarını bu piramidada göstərmişəm. Ən aşağı mərtəbədə ən ibtidai ehtiyaclar – yemək, içmək,yuxulamaq və cinsi əlaqə, sonrakı mərtəbədə təhlükəsizlik, sonrakında sevgi və aidolma, sonra gəlir özünəinam, ən yuxarı mərtəbədə isə özünü reallaşdırma, mənalılıq, əyləncəlilik, kreativlik durur. İş orasındadı ki Maslov dayı deyir ki, aşağıdakı ehtiyac ödənilmədən ondan üstdəki mərhələyə keçə bilmir insan. Və bütün insanın enerjisi o altdakı ehtiyacı ödəməyə yönəldilir şüuraltı olaraq.

Mən indi xaricdə təhsil alıram, ailəmdən ayrılmışam. Və dərslərim də çox çətindi, necə olacağını bilmirəm, çox narahatam, ona görə də yuxarıdakı ehtiyaclara keçə bilmirəm çox vaxt. Yəni ki özünəinamlı davranmaqda çətinlik çəkirəm, əvvəlki kimi kreativ ola bilmirəm. Bu mənim bütün hər şeyimə təsir edir, seçimlərimə, reaksiyalarıma, düşüncələrimə. Normal davrana bilmirəm, istər-istəməz bütün hər şey yönəlir o ehtiyacın əskikliyini qapamağa.İndi mən də elə ehtiyacı ödəmək üçün bu bloqu yazıram ki dərdimi başa salım rahatlayım.

Bu nəzəriyyə başqa çox şeyi də izah edir məncə, indi mənim yadıma düşmür, sizin ağlınıza gəlsə yazarsınız.


"Tanışma bitti"


           Bu albomun mənə yaşatdığı hisləri necə unuda bilərəm?! Bəzi mahnıları elə-belə dinləyirsən, başını yelləyirsən, normal bəyənirsən. Burdakı mahnılarda insan o xoşuna gəlmə duyğusunu hiss edəndə bir anlıq donub qalır. Nəsə hüzurverici bir cəhəti var, sadə amma dərin mənalı sözləri var. O hissiyyat yəqin ki çata biləcəyim ən hüzurlu durumdu və bu vəziyyətdə həm də sonuna qədər özünəinamlı oluram.

          Dərin bir kədər var, amma daha real, daha şux duruşlu, güclü insanın kədəri, əsl kədər. İnsanı çökdürən kədər deyil, həqiqətən mənalı bir kədər hiss edirsən. Və o kədərin yanında sərt musiqi gəlir bəzən. Bu sərt musiqi insanı qorxudan qışqırıq(scream vocal) deyil, əksinə hüzur gətirir. Bu albomda gözəbatan sərt musiqi yoxdu, sərt yarını tutur, hətta yarıdan da az.

         Tətildə evə qayıtmağa bir neçə gün qalmış tapmışdım, bütün günüm o hissiyyatla keçirdi. Və transfer elədiyimiz yerdə İstanbulda getdim həmin albomu aldım. Almağımın bir çox səbəbi var, həm o albomun özü mənim üçün dəyərlidi deyə ona sahib olmaq istədim, internetdən yükləmək həmin hissi tam vermir. Həm də nə ona da xeyir vermək istəyi də var idi.

         Evə gələndən sonra da musiqi mərkəzində(azərbaycancası “muzikalni centr”:D) bütün gün qulaq asıb oxuyurdum, özümdən getmişdim. O aralar bizə gələn bibim nəvəsi də xəstəsi olmuşdu :)

         2 aylıq tətilin sonuna qədər təsirindən ancaq çıxa bildim, o arada içimdə dəhşət mahnı yazmalıyam deyə bir his var idi. Bir neçə cızmaqara eləmişdim. Linklər silinib deyə indi bura yerləşdirə bilmirəm.