Uğursuzluğun tarixi

Dağdakı Nəsihət - Karl Henrix Blox

İnsanlar həmişə öz həyatlarını ağır şəkildə korlayıblar. Lakin uğursuzluğa qarşı münasibətin uzun və füsunkar bir tarixi var ki, bunu bilmək bizə kömək edə bilər.
Afina. E.ə. 429-cu il. Məşhur yazıçı Sofoklın yazdığı “Kral Edip” adlı tragediyanın premyerasıdır. Bu namuslu, bacarıqlı və kifayət qədər qabiliyyətli, lakin buna baxmayaraq öz həyatını faciəvi şəkildə korlayan bir şəxsin hekayəsidir.  Lakin auditoriya zalı tərk edəndə Edipin uduzan olduğunu düşünmür. Bu yunan tragediyasının məqsədi pis hadisələrin yaxşı insanların başına gələ biləcəyi və çox vaxt da elə gəldiyini göstərmək idi. Buna görə də biz uğursuzluq qarşısında rəğbət göstərməli və mərhəmətli olmalıyıq.  Yunanlar bu fikri  illik prestijli festivallarda dəfələrlə təkrar edirdilər. Yunanlar həmçinin Fermopildə vuruşan Sparta ordusunun hekayəsini çox sevirdilər. Bu hekayədə kiçik sayda olan yunan əskərləri sayca üstün olan fars ordusuna qarşı son adamına qədər vuruşur. Spartalılar kəskin şəkildə məğlub olurlar, lakin onların uğursuzlu alicənab hesab edilir. Həm uduzub, həm də yaxşı olmaq mümkündür.
Roma. E. 46-cı ili. Yuli Sezar Romanın düşmanları üzərində növbəti qələbəni qeyd edir. Romalılar uğura pərəstiş edirlər. Onlar inanırlar ki, önəmli olan burda və indi olan uğurdur. Uğur onlar üçün üç şeydən ibarətdir: pul, şan-şöhrət və hərbi əzəmət. Bu isə uğursuzluqla bağlı böyük nigaranlıq yaradır.
Almaniya. E. 9-cu ili. Roma generalı Var indiki Almaniyanın Hannover şəhəri ərazisində yerləşən Tevtoberq meşəsindəki döyüşdə məğlub olduqdan sonra özünü öldürür. O eskadronların hərəkətində böyük strateji səhvlərə yol vermişdi. Onun intiharı gözlənilən bir nəticə idi. Uğursuzluq o qədər alçaldıcı və utandırıcıdır ki, bundan sonra artıq insan yaşamağa davam etməli deyil. Romalılarən cəmiyyətində uğursuzluq rüsvayçılıqla ayrılmaz idi. Böyük şeylər tərs getdikdə sadəcə özünü öldürürsən, başqa cür ola bilməz.
Galiley, İsrail. E. 30-cu ili. Keçmiş dülgər və səyyar vaiz sonradan “dağdakı nəsihət” adlanan lətafətli nitq söyləyir. İsa Peyğəmbər müridlərinə deyir: “Zəiflər mübarəkdir ki, onlar dünyanın varisləridir.” Başqa sözlə desək, uğursuzlar Allahın gözündə uğurlulara nisbətən bir növ daha uğurludur. Çünki onların uğursuzluqları təkəbbürü məhv edir və ilahidən asılılığa dəvət edir. Yüz illər ərzində Xristianlıq uğursuzluğa cazibədarlıq və prestij qazandırır; yoxsulluq, bilinməzlik və zəifliyi zənginlik, şöhrət və gücə üstün tutmaqla Romanın dünyəvi dəyərlərinə meydan oxuyur. Uğursuz olanda intihar etməli deyilsən yox, uğursuz olmaq mübarəkliyin simvoludur.
Şərqi Hindistan, E.ə. 5-ci il. Sonradan “Kamilliyə çatmış Budda” kimi tanınan gənc zəngin hind şahzadəsi Siddharta Qautama insanlar haqqında mühüm nəticəyə gəlir: Bizim hamımız düzgün uyğunlaşmamış xoşbəxt olmayan varlıqlarıq. Dünyəvi uğur, güc, var-dövlət, məhəbbət mənasız ola bilər və bizi heç vaxt məmnun etməyəcək. Biz arzularımızdan üz döndərməyi öyrənməli və daim dövr edən istəklərimizdən qaçmalıyıq. Budistlərin gözündə əsl uğur romalı əskər və ya müasir insanın gözündə tamam uğursuzluğa bərabərdir: meyvə ağacı altında yaşamaq, bir parça paltardan başqa heç nəyə sahib olmamaq və ətrafdakılardan dilənmək.
Paris. 1799-cu il. Napoleon Bonapart sonradan Meritokratiya adlandırılan sistemin əsasını qoyur. Artıq uğur yalnız zay yuxarı təbəqə üzvlərinə getməyəcək. Napoleon imtiyazlılar yox, “istedadlılara açıq olan karyera” sistemini qurmaq istəyir. Fəxri Legion ordeni bütün siniflərdən olanlara əsl-nəcabət yaxud zənginlik əsasında yox, hərbi, elmi yaxud incəsənət sahəsində şücaət əsasında verilir. Birdənbirə uğur daha ədalətli və layiq görünür. Bu bir çox mənada əlverişlidir. Lakin bu həm də uğursuzluğun Xristian idealının dediyi kimi təsadüfi yaxud əxlaqi bitərəf olmaqla bərabər, həm də layiqli kimi xarakterizə olunmasına səbəb olur.
Paris. 1863-cü il. Fransa höküməti ən məşhur rəssamların göstərildiyi və qeyd edildiyi məşhur incəsənət sərgisini maliyyələşdirir. Münsiflər heyətinə başçılığı İncəsənət Akademiyasının rəhbəri Qraf Nyöverkerkenin başçılıq edir və həmin ili mühafizəkarlıq edərək təqdim olunan əsərlərin üçdə ikisini qəbul etmir. Qəbul edilməyən əsərlərə Kurbe, Eduard Mane, Kamil Pisarro və Uistlerin əsərləri də daxil idi. Rədd cavabı almış rəssamlar və onların dostları buna qəzəblənir və etiraz edirlər. İmperator III Napoleon nəhayət yumşalır və bu rəssamlara öz sərgilərini açmağa icazə verir. Getdikcə ictimaiyyət və tənqidçilər görürlər ki, rəsmi olaraq uğurlu olan rəssamlar – Aleksandr Kabanel, Frans Uinterhalter pis rəssamlardır və uğursuz adlandırılanlar isə əsl dahilərdir. Bu hal IX və XX əsr incəsənətində və daha geniş mənada cəmiyyətində tez-tez baş verir. Dahi əvvəlcə axmaq, kor dünyada qəbul edilmir, ən axırda isə qəbul edilir və tanınır. Bu hal Con Kits, Vinsent Van Qoq, Marsel Prust, Cenis Coplin, Stiv Cobs və digərlərinin başına gəlib. Əsl uğur dərhal uğur olmur, bunun üçün uzun müddət gözləmək lazımdır, bəlkə də ölümdən sonraya qədər. Bu təsəlliverici hekayədir və Xristianlıqdakı xilas ideyasını xatırladır.
Nyu-York. 1987-ci il. Mühafizəkar iqtisadi jurnal “Forbes” dünyadakı ən zəngin insanların siyahısını ilk dəfə dərc edir. Ən varlı insan o dövrdə 20 milyard dollarlıq sərvəti olan Yoşiyaki Tutsumi seçilir. Jurnalın tonu bayramedicidir və Amerikan xəyalının tənqidsiz qəbul edilməsini əks etdirir: ən zəngin olan ən yaxşıdır. Lakin iki həftə sonra Oktyabrın 19-da dünya birjası tənəzzülə uğrayır, beləcə hər kəsin iqtisadi sistemin kifayət qədər faydalı və ağıllı olmasına inamını sarsıdır.
Nyu-York, 2011-ci il. Növbəti qlobal iqtisadi böhrandan sonra bir qrup etirazçı Menhettendəki Zukotti Parkında nümayiş keçirir. Onların etirazı dar mənada götürsək Amerikanın iqtisadi qurumlarının korrupsiya və korluğuna qarşıdır. Geniş mənada isə etirazçılar deyirlə ki, %1 adlandırılan elit təbəqə bizim uğur və yaxşı həyat haqqında fikirlərimizi yanlış yönləndirib. Əslində “qəhrəmanlar” adlandırılan ildə 20 milyard dollar qazanan JP Morgan şirkətinin rəhbəri Ceyms Daymon kimi insanlar əslində canilərdir. Yaxşı insan olmaq çox pul qazanmaqla yox, digərlərinə və planetimizə qarşı müdrik və mehriban davranmaqla ölçülür. Etirazçılar fikirlərini bildirmək üçün eynən İsa Peyğəmbərin Dağdakı Nəsihətində olduğu kimi bir neçə ay vaxt tapa bilirlər. İqtisadiyyat getdikcə yaxşılaşır, beləcə hərəkətliliyi iqtisadi uğura bərabər tutan Amerikan xəyalı yenidən üstünlük əldə edir.
Çoxumuz həyatımız hərhansı sahəsində dəhşətli uğursuzluqlar yaşayacağıq. Halhazırda dünya uğura yönəlmiş dünyadır və uğuru təyin etmək üçün çox dar çərçivələrdən, adətən isə iqtisadi çərçivədən baxırıq. Hər kəsin bir şansı olması üçün fürsətlər haqqında sonsuz söhbətlər edirik və bunun üçün yaxşı mənada səy göstəririk. Lakin uğursuzluğa düçar olduqda nə olacağına gəldikdə isə sükut hökm sürür.