Etiraflarım (Haqverdi etiraf eləməz!)

 
         Bu dalğanın mənə gəlib çatması maraqlıdır. Artıq özümü önəmli bir bloqqer hesab edə bilərəm :D

        Ən əsas onu etiraf edim ki, bu bloqda yazdığım müddətdə çox fərqli psixologiyalarda və fərqli inanış və maraqlarda olmuşam. Bu gün "vəhşi" günlərimdən biridir.
       
        Diqqqət: Aşağıdakı yazının hamısı Haqverdi-yə aiddir: 

        Mənə Cyclothymia diaqnozu qoyulmuşdu bir ara. Manik depresivəm ay kişi. Ehtiyatlı olun :D

        Nifrət etməyin zəiflik olduğunu düşünürəm, özümü nifrət edərkən tutsam baş qoşmuram, keçib gedir.

        Qısqanclıq və dinə inanmaq da eləcə.

        İdola sahib olmaq da zəiflikdir.

        Heç zaman intihar etməyəcək bir insanam.

        Məni bloqa həvəsləndirən bloqqerlərin 90%-i türk blogspot-unda yazan qadın bloqqerlər olub. Bəzən məna verməyə çalışıram, alınmır :D

        Həyatım boyu bir neçə dəfə içki və siqareti yoxlamışam. Bəlkə nə isə bir xeyir gələr deyə sevməyə çalışmışam, olmayıb :D İnternet, kofe və metal daha yaxşı təsir edir.

        Həmişə adətən hadisələrə məna verməkdə çətinlik çəkmişəm. Məsələn babam rəhmətə gedəndə, bacım ağlamışdı, mən isə mal kimi baxırdım. Universitetə girdim, yenə anlaya bilmirdim.

        Black metalı adətən sevməmişəm, yüngüldür. Blast beat-dən iyrənirəm.

        Gitarada hələ heç nə öyrənə bilməmişəm. Öz musiqimi yaratmaq istəyirəm, yarıda qalıram, alındıra bilmirəm.



        Mən topu bizim pornoqrafik Poladzadə-yə atmaq fikrindəydim amma görünmür bu aralar...