Uşaq olmaq


Əvvəllər hamımız uşaq idik. Sonradan isə çoxumuz korlandıq, uşaqlığımızı itirdik. Yalnız bəzilərimiz uşaq olaraq qaldı.

Uşaqlar adətən belə olurlar: enerji dolu, komplekssiz,  açıqfikirli. İnsanların üzlərinə baxıram, hər an nəsə xeyir güdməkdə olduqları görünür, üz ifadələri saxtadı, gözləri solğun, enerjisizdi.

Burdan sosial mesaj vermək istəmirəm amma həqiqətən düşünürəm ki biz uşaqlığımızı itirməməliyik. Böyümək nəyə lazımdı ki? Sizin böyümək dediyiniz şey bizi duyğusuz məxluqlara çevirir axı. İnsan duyğu olmayandan sonra yaşamasın... Siz artıq oyun oynayıb doyunca əylənmə qabiliyyətimizi itirməyimizə böyümək deyirsiniz. Siz, nə bilim, başqalarınının nə düşündüyünü fikirləşib özümüzə sərhədlər qoymağımıza böyümək deyirsiniz. Nəticədə kompleksli, qorxu ilə hərəkət edən, saxta, bir sözlə taxta insanlar yaradırsınız. "Siz"in üstünə çox getdim deyəsən. (Bu "siz" ki var, bir təsəvvürdür ki biz onun üstünə qışrırıb günahlandıra bilirik, o bizə heç vaxt cavab verə bilmir.)

Amma yəni ümumiyyətlə demək istədiyim son günlər özümün duyğusuz bir zombiyə çevrildiyimi müşahidə eləmişdim ki, onda gördüm ki məndən başqa belə olanlar dolu imiş ki... Mən də belə duyğu dolu bir yazı yazmaq istəməzdim amma, neynəyim, bəzən çox xəyalpərəst oluram.