Məşğuliyyətlər



         Bu mahnıyla oxumaq məsləhətdi: Agalloch - Limbs

         Bir az əvvəl "Pay it forward" filminə baxdım. Və baxarkən əlimdə boş qutuları dayanmadan kəsib doğrayırdım. Yadıma düşür ki əvvəl belə məşğuliyyətlərim var idi (nə bilim, taxtada oyma eləyirdim, rəsm çəkirdim filan), elə məşğuliyyətlər ki zaman sonsuza uzansa da mən o məşğuliyyətdən bezməzdim. İlk dəfə oymanı bir yerdə görmüşdüm və həqiqətən sehrlənmişdim eləbil. Həqiqətən sehrlənmişdim amma. İndi neçəmiz həqiqi sehrlənməni yaşayırıq?, "Inception"da da deyildiyi kimi "həqiqi sehrlənmənin gücü"nü hiss edirik ki, bilmirəm.

         Məşğuliyyətlər dəyişdi zaman keçdikcə. İndi məsələn heç yoxdu demək olar. İndi özümdən çox uzaqdayam. Mən heç özümü sözlə ifadə eləyə bilən bir insan deyildim. Musiqi aləti çalmaq da mənim stilim deyildi. Amma indi hər ikisini eləyirəm. Əvvəl sadəcə iki taxta parçasını birləşdirməklə özümü ifadə eləyə bilirdim. Həmin anlarda özümü kainatla bütünləşmiş hiss eləyirdim. Həm də çox kədərli, və heç nə haqqında ağlında sual olmayan, hər şeyi bilirmiş kimi, allah kimi də demək olar...

         Artıq yaza bilmirəm, fikrimi çox qısa müddət cəmləyə bilirəm, ona görə bu yazını da gərək saxlayım. Mən bu yazını mahnı səsində yazdım, ona görə mahnını da paylaşıram. Bilmirəm yazını oxuyanda mənim keçirdiyim hisləri siz də keçirəcəksizmi.