Resolution[2012]


       Lamb of God bu aralar festival və turlarla məşğul olmasına baxmayaraq, bu ilin Yanvar ayının 24-ü yeni bir albom buraxıbmış. Albomdan ümidli olmasam da, bu qədər yaxın tarixdə çıxmış olması məni həyəcanlandırmadı desəm yalan olar. Tez, soyumamış bir nəzər yetirmək istədim.



     1. Açılışı kifayət qədər ağır "Straight for the sun" adlı sludge ilə edən Lamb of God diqqətimizi cəlb etməyi bacarır. Trekin axırında zərb alətlərilə ritm sessiyası gəlir ki, burda ikinci trekin yeri qoyulur.

     2. Gitarın səsini sönməyə qoymayan ikinci trek - "Desolution" yüksək temposu və enerjisi ilə qrupun 3-cü albomu  "Ashes of the wake"-i xatırladır. Trekin sonuna doğru qrupun ilk dəfə yoxladığı "gang vocal" maraqlı alınıb.

     3-cü trek "Ghost Walking" isə 4-cü albomdan  "Redneck" stili mahnıya nümunədir. Yenə yüksək tempolu bu trekin əvvəlində qısa bir bas solo görürük. Trekin gitar solosu həmçinin qeyri-adi və gözəldir.

     4-cü trek isə bizi darıxdırmır, temponu yüksək saxlayır.

     5. Onun ardınca gələn "The undertow"-un melodiyaları isə açıq-aydın daha melodik olan 2-ci albom, "As the palaces burn"-ü xatırladır. Yenə də fərqli elementlər və həmçinin  gözəl bir solo bəzənib bu trek.

     6-cı trek "The number six"-un da açılış melodiyası 2-ci albomu xatırladır" deyə fikirləşirik ki, bir möcüzə başverir və Randy-nin ağzından "clean vocal" eşidirik. Yenə həmçinin "gang vocal"-ın da qoşulduğu bu trek fərqli strukturu ilə yadda qalır.

     7. Və 1 dəqiqə 36 saniyəlik akustik gözəllik - instrumental "Barbarossa" eşidilir.

     8. Bu albomda ən çox bəyəndiyim quruluşlu trek, "Ashes of the wake" stili, amma yeni bir ideya - "Invictus".

     9. "Cheated" - yenə yeni bir ideya, bax budur Lamb of God.

     10. "Insurrection" - melodik bir başlanğıc və Randy-dən birincidən fərqli bir tərzdə clean vocal. Yarıdan sonra bir az sərtləşən hissəni saymasaq trek melodikliyi saxlayır və açılış melodiyası bir neçə dəfə təkrarlanır. İnanılmaz bir soloya sahibdir.

     11. Əla melodik bir girişlə başlayan "Terminally Unique" son iki albom tərzi, sərt kimi görünür amma sönük qalır, sərtliyini kifayət qədər vurğulaya bilmir.

     12. Çox gözəl bir "funk" bir melodiya ilə başlayan "To the end" yenə sürətli, sərt və vəhşidir, solo dərin, vokallar isə uğursuzdur.

     13. Fərqli vokal və yeni melodiya ideyaları ilə sürəti də əldən verməyən "Visitation" bir neçə dəfə dinlədikdən sonra daha da bəyənilən mahnılardandır.

     14. Sakit melodiya üstünə Randy-nin şeir deməsi, simfonik metal elementləri və standart Lamb of God sərt musiqisi arasında keçidlərdən ibarətdən ibarət olan "King me" tam fərqli bir təcrübə yaşadır.


     Ümumiyyətlə albom əsasən köhnə albomların stilinin təkrarı və dəxlisiz yeniliklərdən ibarətdir. Qrup ancaq aradakı bir neçə treklə bizə Lamb of God-lığını göstərə bilir. Ancaq yenə də məncə son iki albomun, belə demək olarsa, "sönük"lüyünü o qədər də daşımır. Keçmiş albomların yaxşı cəhətlərini özündə birləşdirir.