Equilibrium


          Filmdə gələcək zamanda, üçüncü dünya müharibəsindən sonrakı vaxtlar təsəvvür olunur. Belə ki hər cürə incəsənət, gözəl olan hər şey qadağan olunub, kitab oxumaq, musiqi, rəsm. Səbəb insanların duyğularına qapılaraq müharibələr başlatmalarıdır. Bu tip şeylərdən istifadə eləyənləri isə tapıb məhv eləyirlər. Hətta ev heyvanları belə saxlamaq olmaz, onları sadəcə öldürürlər. Baş qəhrəmanımız isə həmin bu məhv eləyənlərin ən yaxşılarından biridir. Və onun öz arvadı da qanunu tapdalayanlardan biri olub və həbs olunub. Film baş qəhrəmanımızın dəyişimini və nəticədə baş verənləri göstərir. Bu film haqqında qısa məlumat idi, indi keçək təəssüratıma.

         İnsanın içindəki incəsənətə, gözəl olana qarşı olan istək hər zaman var olacaq. İndi hər tərəfdə bu gözəlliklərin ticariləşdirildiyi bir dünyada bu maraqlı gəlir insana. Gündə tonlarca musiqi qəbul edirik, hər tərəfdə, televizorda, küçədə plakatlarda, reklamlarda nə qədər görsəllik dolur beynimizə. Heç bir problemimiz ola bilməz yəni gözəllik, incəsənət işləri ilə. Çox olduğu üçün bizə elə gəlir ki olmasa da olar. Amma olmasa elə axtaracağıq ki. Amma filmdəki kimi qadağan olunsa bizim ona qarşı hissiyatımız da kəskinləşəcək. Necə ki bir neçə gün ac qalan adamın yeməkdən hədsiz zövq alması kimi. Bu film intellektualların adi insanları kitaba maraqlandırmağa çalışdıqları bu dövrdə maraqlıdır. Filmdəki kimi bir dövr yaşansa kitab əldən-ələ qaçaq mal kimi satılan bir şey olacaq. Əlbəttə bu qədər məlumatın, qarmaqarışıqlığın içində insanlar kitaba meyl etməməlidirlər. Oynamağın bəzən yüngüllük sayıldığı, mahnı oxumağa çox vaxt utandığımız bir dünyada bu film bunlar üçün sino gedəcəyimiz zamanı göstərdiyinə görə əlamətdardır.

Dəlilər


         İncəsənət dəlilikdir, dəli olmaq isə incəsənətdir.
         ...Ədəbiyyat var olan bir gerçəyin təcəssümüdürsə rədd edirəm tamamilə. Məsələn bir yazar bir dolu qaydanın keşikçiliyiylə məşğul olursa ya da bir psixoloq bir dəlinin nədən dəli olduğunu düşünürsə əslində eyni yolun qarşısında gedir. Dəyişən bir şey olurmu, nəticə dəyişirmi? Xeyr! Yazmaq istəyən yazar yenə hiss edir və yazır, dəli olan isə yenə dəli olur.
         ...Anlatmaq həmişə anlaşılmaq deyil. Məsələn bir sürrealist rəssam ya da şair, toxunarkən qələmə ya boyaya, sənə anlatmaqmı istədi dərdini? İstəmədi. Bəs anlattımı kəlamını? Anlatdı. Bəs, sən anladınmı? Xeyr!
         ...Bütün məsələ bundan ibarətdir. İncəsənəti konkret qəliblərə salmaq, ifadəni ya da fırçanı sərhədləşdirmək dəli olmağı əngəlləməkdir. Bir incəsənət adamı dəli olmasa nə bir yeni əsər ortaya çıxar nə də yeni bir ritual.

         müəllif: Ensar Erensayın

        Bu gün sizə öz tanıdığım dəlilərdən danışacam.


        Bu insanı mən ilk dəfə görəndə çox əcaib gəlmişdi. O səs tonu, uzanıb gedən cümlələri, hərəkətləri, mimikası filan. O olmasaydı belə mahnıları heç kim yarada bilməzdi.


        Klipə axıra qədər baxın, xüsusilə ən sonuna. Bu klipi görəndə mən mənasız bir iyrənclikdən ibarət olduğunu düşünmüşdüm. Amma indi bu  mahnını sevirəm və klip də mənə mənasız gəlmir. Üstəlik əvvəlki kimi narahat da eləmir. Ağıllıların dəlilərdən zəif cəhəti budur, onları bu narahat eləyir, qaçmağa çalışırlar belə şeylərdən. Bəlkə də ölümdən qaçırlar deyə, görməzdən gəlmək istəyirlər.


        Üçüncü olaraq bir filmdən danışmaq istəyirəm. Həmin film haqqında burdan oxuyun:


        Günümüzün seriallarındakı öpüşmə və sevişmə səhnələrinin xalqın əxlaqına təsirlərdən danışan (dayaz) dartışmaları hamınız eşitmisiniz yəqin... Biz 2010-cu ildə hələ də bu dartışmalardan nəsə gözləyərkən 1983-cü ildə mahir rejissor Deyvid Kronenberq tərəfindən çəkilmiş olan "Videodrome" media(kütləvi informasiya vasitələri) və fərd arasındakı bu əlaqəyə çoxdan son nöqtəni qoymuşdu. Fərdin var olmasından etibarən içində olan cinsəllik və zorakılıq meyllərinin, media təlqini ilə üzə çıxmasından danışır "Videodrome". Hər bir fərdin başqa bir fərdi öldürməkdən, sevişərkən əzab çəkməkdən və əzab verməkdən zövq alan bir tərəfi var ancaq bu istəklərini ortaya çıxmayacaq formada gizlədir.

        Beləcə "Videodrome" insanoğlunun bu tərəfini tapır və onu sərbəst buraxır.

        Filmin baş qəhrəmanı Ceyms Vuds tərəfindən ifa olunan Maks Ren adlı bir kanal sahibidir və reytinqləri artıqmaq üçün yeni bir proqram formatı axtarır. Və bir gün qarışan bir siqnal ilə Videodrom-u tapır. Videodrom içində işkəncə, zorlama və cinayət görüntüləri olan bir verilişdir. Bu proqramı izləyən Maks vaxt keçdikcə dəyişməyə başlayır. Məsələn Debra Herinin ifa etdiyi ruhunu Videodromdan əvvəl də sərbəst buraxmış olan Niki Brend ilə sevişməsində indi yalnız duyğusal bir həz deyil, eyni zamanda əzab duyğusunu da arzulamağa başlayır. Və yavaş-yavaş yalnızca öldürmək, əzab çəkmək və əzab verməkdən zövq alan vəziyyətə gəlir.  Ancaq əsl həzzə çatmaq üçün lazım olan son şey isə içində olduğu bədəndən ayrılmaqdır və bunu eləməyin tək yolu öz həyatına son verməsidir.

        Vəhşi duyğuları pərdələnmiş olan fərdin medianın gücü ilə necə bir insana çevriləbiləcəyini göstərir bizə "Videodrome". Brayn Oblivionun bu sözləri bu günümüzə işıq tutmaqda və Deyvid Kronenberqin dühasını bizə göstərməkdədir:

        "Bir gün gələcək (mediada) heç bir insan öz adından istifadə etməyəcək, hər kəsin bir niki(ləqəbi) olacaq."

        Eynilə internet dünyasında istifadə elədiyimiz adlar kimi.

        Videodrom halüsinasiyalar sayəsində insan beynini kontrol edən və ona baxmağın yemək yemək, su içmək, tuvaletə getmək kimi məcburi bir ehtiyac halına gəlməsini təmin etmək üçün insan beyninə yerləşən bir urdur.

        Və hər zaman bizi azad etməlidir.

        Mənbə: insanat.blogspot.com